26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 22 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamına uyğun olaraq aparılan diaqnostik qiymətləndirilmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirilib üzə çıxarılması, onların həftəlik dərs yükü normasının optimallaşdırılması, aylıq vəzifə maaşlarının artırılması, maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi və nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsidir.
Müəllimləri inkişafyönümlü təlimlərə cəlb etmək məqsədilə 2016-2017-ci dərs ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yeni təlim metodları və informasiya-kommunikasiya texnologiyaları sahəsində ardıcıl kurslar təşkil edilib.
Dünən ümumtəhsil müəssisələrində işləyən müəllimlərin növbəti diaqnostik qiymətləndirilməsi ilə bağlı 14 nömrəli tam orta məktəbdə mərkəzləşdirilmiş qaydada imtahan keçirilib. İmtahanda muxtar respublika ümumtəhsil məktəblərində çalışan 600 müəllim iştirak edib.

İmtahan zamanı 40-ı ixtisas, 25-i metodika və 15-i informasiya-kommunikasiya texnologiyalarından olmaqla, ümumilikdə, 80 sual təqdim edilib. Qapalı test formasında keçirilən imtahanda sualların cavablandırılması üçün iki saat 30 dəqiqə vaxt verilib. İmtahanda iştirak edən ibtidai sinif müəllimlərinə ixtisas fənni kimi Azərbaycan dili (20 sual) və Riyaziyyat (20 sual) fənləri üzrə suallar təqdim edilib. İki və daha artıq fənn tədris edən müəllimlər öz seçimlərinə əsasən yalnız bir fənn üzrə diaqnostik qiymətləndirilmədə iştirak edə biliblər. Onların əməkhaqqı artımı hər bir fənn üzrə tədris edilən dərs saatlarına şamil olunacaq.
Sualların ümumi sayının 30 faizinə (24 sual) düzgün cavab vermiş müəllimlər “tutduğu vəzifəyə uyğundur” kimi qiymətləndiriləcək və əməkhaqları Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 3 avqust 2016-cı il tarixli “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarına uyğun olaraq yenidən hesablanaraq artım tətbiq olunacaq. Müəyyən olunmuş bal həddini keçə bilməyən müəllimlər bir ildən sonra keçiriləcək növbəti qiymətləndirmə imtahanlarında təkrar iştirak edə biləcək. İmtahan zamanı yarana bilən bütün problemli məsələlərin qanunauyğun həll edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nəzdində Apelyasiya komissiyası yaradılmışdır. İmtahan nazirlik tərəfindən “İstedad-XXI əsr” kursları ilə birgə keçirilib. Nəticələr http://istedad21.com internet adresində elan olunacaq.

 Fatma BABAYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4404826
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
18101
13363
31464
393190
4404826

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter