24 İyul 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

İnsan ömrü qısadır, zaman isə bu ömrün qənimidir deyirlər. Hərdən bizə elə gəlir ki, bəzi hadisələr sanki elə bir göz qırpımındaca başlayıb və bitib. İnsanlar bu gerçəkliyi zaman-zaman yaşayırlar. Bəzən insanlar eyni anda eyni duyğuları yaşayır, eyni xatirələrin işığında keçmişə boylanırlar. Hamının ürəyindən xəbər verən cümlə eyni olur: hər şey necə də bir göz qırpımında gəlib keçdi.
Bəli, elə anlar olur ki, istər 10 il, istərsə də onilliklərlə davam etsin, ondan geriyə qalan tək şey, sadəcə, saniyələrə sığaraq bir kinolent kimi gözünün önündə canlanacaq xatirələrdir. 11 il yaşanan məktəb həyatı kimi.
Ümumtəhsil məktəblərinin builki on­birinciləri artıq məzun oldular. Onlar bir zamanlar oturduqları partalar üçün belə, darıxacaqlar... Hələ sinif yoldaşlarını, tələbkar müəllimlərini demirəm... Onların uşaqlıq həyəcanları, sevib-sevmədikləri nə varsa, hamısı məktəb divarları arasında qalır.

Zəng çalan, nə olar əlini saxla,
Bu şagird ömrümü uzat bir az da.
Bu məktəb, bu bina, bax bu divarlar,
Mənim olmayacaq zəng vurulanda.

Zəng çalınır. Bir vaxtlar bu zəngi bir gündə dəfələrlə eşidirdilər. Fərq bunda idi ki, zəng əvvəllər ya dərsin başlanmasının xəbərçisi olaraq onları bir araya toplamış, ya da maksimum 1-2 günlüyə ayırmışdır. Əminəm ki, onlara bu dəfə fərqli hisslər yaşadırdı bu zəng. Çünki onbirincilər üçün adi zəng yox, son zəng səslənirdi. 11 il əvvəl valideynlərinin əlindən tutub bu məktəbə gətirdikləri balacalar artıq bu zəngin ayrılıq ifadə etdiyini dərk edəcək qədər böyümüşdülər.

Bu zəngin cingiltili sədaları onların hər birinin qəlbində məktəb xatirələrini oyadır: sinif yoldaşlarının gülüşləri, heç zaman bitməyəcəyini təsəvvür etdikləri dərslər, tez başa çatan tənəffüslər, ciddi və mehriban müəllimlər. Son zəng uşaqlığa son vidadır. Həyatlarının uşaqlıq dövrünə son qoyan, bir o qədər də məsuliyyətli mərhələsinə atılan ilk addımdır. Ona görə də tam olaraq kədər, göz yaşı deyil, sabaha olan çağırışdır son zəng. Şagirdləri 11 il qazandıqları bilikləri artırmağa, elmin daha uca zirvələrini fəth etməyə, bir sözlə, gələcəyə aparan sədadır.
Təhsil olmadan gələcək haqqında düşünmək mümkün deyil. Təhsilin cəmiyyətdə rolunu yüksək qiymətləndirən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “Azərbaycan dövlətinin əsas məqsədi gənclərimizi təhsilə, elmə cəlb etmək, təhsilin keyfiyyətini artırmaq və bu sahəni daha da inkişaf etdirməkdir”.
Muxtar respublikamızda təhsilin inkişafı sahəsində irimiqyaslı tədbirlər həyata keçirilir, hər il bu sahəyə xeyli miqdarda vəsait ayrılır. Göstərilən bu qayğı zamanla öz bəhrəsini verir. Bu il muxtar respublikamızın orta ümumtəhsil məktəblərində təhsil alan 2758 şagird məzun olur. Gələcəyimiz olan bu yeniyetmələrin hər birini qarşıda daha mənalı və məsuliyyətli bir həyat gözləyir. Biz onların orta məktəbdə yiyələndikləri biliklərlə qəbul imtahanında yaxşı nəticə göstərəcəklərinə inanırıq.
Təhsildə qazanılan uğurlar göz qabağındadır. Bu gün gənclərimizin səsi ölkə hüdudlarından kənardan gəlir. 2016-cı ildə 500-700 arası bal toplayan tələbələrlə keçirilən görüşdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın ümumtəhsil məktəblərini bitirərək tələbə adını qazanmış bütün məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək deyib: “Hər bir cəmiyyət inkişaf etmək, irəli getmək istəyirsə, ilk növbədə təhsilə diqqət yetirməlidir. Bəli, bir ölkənin istənilən sahədə inkişafı onun təhsili ilə bilavasitə əlaqəlidir. Sevindirici haldır ki, Azərbaycan gəncliyi onun üçün yaradılan bu şəraitdən səmərəli şəkildə istifadə edir”.
Gülay Hacızadə də dövlətimizin təhsilə göstərdiyi qayğıdan bəhrələnib, müasir tələblərə cavab verən məktəbdə oxuyub. O, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin bilik və bacarığı ilə fərqlənən məzunlarındandır. Onun dediklərindən:
– 11 il az deyil. Bu illər ərzində birlikdə olduğumuz müəllimlərimiz, sinif yoldaşlarımız, rəfiqələrimiz, bəlkə də, bu gündən sonra yalnız xatirə olaraq qalacaq.
Gülayın sinif rəhbəri Nurlan Əliyev qeyd edir ki, Gülay ikinci ixtisas qrupu üzrə imtahana hazırlaşır və qəbul imtahanının ilk mərhələsində 571 bal toplayıb. İkinci mərhələdə isə ondan daha yaxşı nəticə gözləyir. Gülayla yanaşı, bu ilin onbirinciləri arasında yüksək bal toplayanlar az deyil. İnanırıq ki, hamısının xoş xəbərini eşidəcəyik.
Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin məzunu Həbib İsmayılov da öz hisslərini bizimlə bölüşdü:
– İnsanın həyatındakı əlamətdar günlərdən biri də məzun günüdür. Bizlər 11 il bir yerdə təhsil almışıq. Sevincimiz də, kədərimiz də bir olub. İndi birdən-birə belə təmtəraqlı ayrılıq... Amma sonradan yeni həyat başlayacaq – universitet, tələbəlik, iş. Mən bütün məzunları təbrik edir, gələcək həyatlarında onlara uğurlar arzulayıram.
Bu gün, sadəcə, məzunlar deyil, onların valideynləri də həyəcanlıdırlar. Çox güman, övladlarının əlindən tutub məktəbə gətirdikləri ilk gün hamısının gözündə canlanır. Valideynlərdən sevinc göz yaşlarını gizlədə bilməyən Bəhriyyə Novruzova məzun anası olmasından qürurlanaraq belə dedi:
– Bir valideyn üçün övladının yaxşı təhsil alması, cəmiyyətdə yaxşı bir mövqe tutması qədər vacib heç nə ola bilməz. Hamı çalışır ki, cəmiyyətə bilikli, savadlı, faydalı bir övlad bəxş etsin. Bu gün hamı istəyir ki, övladı oxusun, ali təhsilli insan olsun. Elə uşaqların özü də təhsil dalınca qaçır, dünyagörüşlü olmaq istəyir, bir-birləri ilə rəqabət aparır. Təhsil üçün yaradılan şərait də buna imkan verir. Oğlum Həbib ikinci ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarına hazırlaşır. O, qəbul imtahanının ilkin mərhələsində 593 bal toplayıb. Arzu edirəm ki, bütün abituriyentlər yaxşı nəticə əldə edərək tələbə adını qazansınlar.

Durub cərgə ilə müəllimlərim
Baxırlar üzümə sözü var kimi
Bu doğma, mehriban, şən baxışlara
Əlvida deməyə dilim gələrmi?

Əziz məzunlar, çətin də olsa, həyat yollarında daha neçə-neçə əlvidalar deyəcəksiniz: oxuyacağınız ali təhsil ocağına, iş yerinizə, sevdiyiniz insanlara və sair. Amma əmin olun ki, dilinizə gələcək ən şirin əlvidadır doğma məktəbə əlvida. Dadı damağınızdan bir ömürboyu getməyəcək qədər şirin bir əlvida.

 Fatma BABAYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3437057
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11274
13354
11274
353670
3437057

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter