23 İyun 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə növbəti interaktiv açıq dərs keçilib.
“Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatları” mövzusunda keçilən dərsdə bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov Naxçıvan ərazisindəki metal və qeyri-metal faydalı qazıntı yataqları barədə şagirdlərə geniş məlumat verib.
Əliəddin Abbasov 1960-1990-cı illərdə muxtar respublika ərazisində 100-dən çox qeyri-filiz, tikinti materialları və bəzək daşları yataqlarının aşkarlandığını deyib. Bildirib ki, hazırda muxtar respublika üzrə faydalı qazıntı ehtiyatlarının dövlət və sahə balanslarında 51 tikinti materialı, 11 gil, 10 qum-çınqıl qarışığı, 9 üzlük daşı, 7 sement xammalı, 4 mişar daşı və tikinti daşı, 3 gips, həmçinin 1 gəc, əhəng xammalı, tikinti qumu yataqları qeydə alınıb.
Muxtar respublika ərazisində aşkarlanan qeyri-metal faydalı qazıntı yataqlarının böyük əksəriyyətinin ehtiyatda olduğunu bildirən alim həmin yataqların istismara cəlb edilməsinin Naxçıvanın sosial-iqtisadi inkişafına ciddi təsir göstərəcəyini söyləyib. Əliəddin Abbasov qeyd edib ki, bu gün ölkəmizdə tikinti materialları sənayesinin etibarlı mineral-xammal bazası yaradılıb və fərdi mənzil tikintisinin genişlənməsi yerli tikinti materialları istifadəsinin həcmini artırıb. Alim yaxın gələcəkdə Naxçıvan dağ-mədən sənayesinə yerli və xarici investisiyaları cəlb etməklə istehsal olunacaq məhsulların dünya bazarına çıxarılmasının geniş imkanlar yaradacağını bildirib.
Qeyd edək ki, açıq dərs muxtar respublikanın 195 məktəbində­ izlənilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi