23 İyun 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Tərbiyə ocaqlarında işin düzgün qurulması uşaqların davranışına, ünsiyyətinə ciddi təsir göstərir. Günün əsas hissəsini burada, həmyaşıdlarının əhatəsində keçirən uşaqlarda mühitə, insanlara öyrəşmək məsələsi də öz həllini tapır. Oyuncaqlarını, yemək zallarını, yataq otaqlarını paylaşdıqları üçün onlarda həmçinin sosiallaşmaq, bölüşmək, hər şeyin yalnız ona aid olmadığını qəbul etmək kimi xüsusiyyətlər də formalaşır.

Muxtar respublikamızda fəaliyyətini uşaqların düzgün təlim-tərbiyəsi istiqamətində quran məktəbəqədər tərbiyə müəssisələ­rindən biri də Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasıdır. Ümumilikdə, 245 yerdən ibarət olan bağçada uşaqlar yaş üzrə 13 bağça qrupuna bölünüb.
Adıçəkilən bağçanın müdiri Aynur Əhmədova bildirdi ki, bağçalar uşaqların cəmiyyətə uyğunlaşmasında, onlarda gələcəkdə problemlərə yol aça biləcək psixoloji məqamların – utancaqlıq, çəkingənlik xüsusiyyətlərinin tədricən aradan qaldırılmasında mühüm rol oynayır. Keçirilən tədbirlərdə iştirak etdikcə uşaqlar sərbəstlik qazanırlar. Burada aparılan müxtəlif məşğələlər nəticəsində onlar həm də zehni, fiziki cəhətdən inkişaf edirlər. Riyaziyyat, savad təlimi, rəsm, quraşdırma, fiziki mədəniyyət və sair kimi məşğələlər yüksək səviyyədə keçirilir. Bu məşğələlər nəticəsində uşaqlarda əl qabiliyyəti üzə çıxarılır, onların maraq dairəsi genişlənir. Savad təlimi məşğələsində uşaqlar hərflərlə tanış olurlar. Bu məşğələni məktəbə atılan ilk addım hesab etmək olar. Riyaziyyat məşğələsinə rəqəmlərlə tanışlıqla başlayan uşaqlar tədricən toplama, çıxma əməliyyatlarını öyrənirlər. Bunu onlara asan yolla aşılamaq üçün tərbiyəçilər meyvələrdən, çubuqlardan və ya hər hansı bir əşyadan istifadə edirlər. Rəsm və quraşdırma məşğələlərində isə uşaqlar tamamilə sərbəstdirlər. Çəkdikləri rəsmdə və ya quraşdırdıqları hər hansı bir fiqurda onların maraq dairələri, əl qabiliyyətləri üzə çıxır.

Məşğələlərdə iştirak etdiyimiz zaman keçilən dərslərin uşaqların qavraya biləcəyi metodlarla onlara başa salındığının şahidi olduq. Uşaqlara vətən, ana, qəhrəmanlıq haqqında hekayələr oxunur, şeirlər əzbərlədilir. Onlar əlamətdar günlərimizin mahiyyəti və tarixçəsi ilə yaxından tanış edilir, bu mövzuda keçirilən tədbirlərə qatılırlar. Bağçada vətənə sevgi hissləri peşəkar səviyyədə təbliğ olunur və elə bu baxımdan da tərbiyəçilər vətənpərvər nəslin yetişməsində yaxından iştirak edirlər. Burada uşaqlara həmçinin Azərbaycan kino­filmləri, cizgi filmləri göstərilir, milli və mənəvi dəyərlərimiz balacalara aşılanır.
Bağçada 4 məktəbəqədər hazır­lıq qrupu var. Qrup müəllimlərindən Arzu Heydərova, Rüxsarə Məmmədova bildirdilər ki, bu qrupda uşaqlar ilkin məlumatlara, yazı, hesab vərdişlərinə yiyələnirlər ki, bu da onların gələcək təhsili üçün vacibdir. Uşaqlar üzündən sərbəst oxuya, sadə riyazi məsələləri həll edə bilirlər.
Rüxsarə Məmmədovanın qrupundakı uşaqlardan Şəfəq Budaq­ova, Müşfiqə Məmmədzadə, Gülay Rüstəmli öz fəallıqları ilə seçilirlər. Bunlardan əlavə, onların məktəbə tam şəkildə hazırlanması üçün müxtəlif məşğələlər də aparılır.
Kiçik yaş qrupunun tərbiyəçisi Səbinə İsmayılova qrupunda olan uşaqların bağçadakı günlük rejimi barədə belə dedi:
– Əvvəlcə himnimiz oxudulur, idman məşğələləri edilir. Səhər çayı içiləndən sonra şeirlər qiraət edilir, nağıllar danışılır, mahnılar öyrədilir. 1-2 saatdan az olmayaraq davam edən bu məşğələdən sonra nahar yeməyi üçün süfrə ətrafına toplaşırlar. Yeməkdən sonra uşaqlar yatırlar. Yuxudan qalxıb çaylarını içdikdən sonra isə müxtəlif məşğələlərə yenidən davam edirik. Uşaqlar plastilindən, rəngli kağızlardan fiqurlar düzəldirlər, ən yaxşıları isə sərgidə nümayiş olunur.
İndi isə keçək bağçanın ictimai işlərdəki fəaliyyətinə. Sazlı-sözlü bir çox tədbirlərdə iştirak etdiyimdən bu bağçanın uğurlu çıxışlarından xəbərdaram. “Çıxış edir Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasının balaca fidanları”. Tədbirlərin proqramında bu adla az rastlaşmamışam.
Bağçanın kütləvi tədbirlərdə fəallıq göstərən uşaqları ilə tanış olmağa tələsirəm. Eşitdiyim musiqi sədalarının təsiri altında ilk olaraq rəqs məşğələsi gedən zala doğru addımlayıram. Qapını açıb içəri daxil oluram. Zalın tən ortasında “günəş paltarı” geyinmiş bir uşaq və onun ətrafına fırlanan balacaları görürəm. Onlar böyük həvəslə növbəti tədbirə hazırlaşırlar. “Uğur olsun”, – deyib, bir küncə çəkilib məşq prosesini kənardan izləyirəm. Uşaqların rəqslərdə, yaxud da müxtəlif tamaşalarda istifadə etdikləri belə gözəl geyimlərə gəldikdə isə bu paltarların tikilməsi üçün bağçada dərzi otağı da vardır.
Bağçanın uşaqları muxtar respublikada keçirilən bir çox tədbirlərdə də fəal iştirak edirlər. Yeni il, Novruz bayramı şənliklərində, əlamətdar günlərə həsr olunmuş tədbirlərdə onlar öz şeir və rəqsləri, müxtəlif kompozisiyaları ilə çıxış edirlər. Müsabiqələrə gəldikdə isə 2015-ci ildə muxtar respublikada fəaliyyət göstərən uşaq bağçaları arasında keçirilən “Uşaqlar və milli kinomuz” adlı telelayihədə Naxçıvan şəhər 11 nömrəli uşaq bağçası II yerə layiq görülüb. Ötən il iyun ayının 1-i Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən tədbirdə fəal iştirakına görə bağça “İlin ən istedadlı kollektivi” adına layiq görülüb. Müxtəlif müsabiqələrdə dəfələrlə yer tutan bağçanın uşaqları şeir müsabiqələrinin birində birinci, ikinci və üçüncü yerlərin sahibi olublar. Bu il də ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş şeir müsabiqəsində bu bağçanı təmsil edən Xalidə Əliyeva ikinci yerlə mükafatlandırılıb.
Bağçanın uğurlarında bütün kollektivin böyük əməyi vardır. Belə ki, bağçanın tərbiyəçiləri də muxtar respublikanın ictimai həyatında fəallıq göstərir, müxtəlif müsabiqələrdə iştirak edirlər. 15 may – Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rəssamlar Birliyi və rayon (şəhər) icra hakimiyyətləri ilə birgə orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və istedadlı gənclər arasında keçirilən “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda IV muxtar respublika yazı və rəsm müsabiqələrinə bağçanın tərbiyəçiləri əl işləri və inşalar təqdim ediblər. Onlardan Lamiyə Paşayeva inşa yazısı ilə ikinci yerə layiq görülüb.
Qeyd edək ki, bağçanın kollektivi 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü, eləcə də iyun ayının 3-ü və 4-də keçirilən “Göycə” festivalında da uğurla iştirak edib. Kollektivin festivalda nümayiş etdirdiyi Zümrüd quşu və Bayraq meydanı maketləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 Fatma BABAYEVA