24 Avqust 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Konfransda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin müdiri Sabir Məmmədov “2016-2017-ci tədris ilində regional bölmənin gördüyü işlər və qarşıda duran vəzifələr” mövzusunda çıxış edərək bildirmişdir ki, cari tədris ili ərzində nəzarətçilər bazası üzərində təkmilləşdirmə işləri həyata keçirilmişdir. Bazaya daxil olan 645 nəzarətçi-müəllim üçün fevral ayında muxtar respublikanın bütün rayonlarında seminarlar təşkil olunmuş və onların Dövlət İmtahan Mərkəzinin keçirdiyi sınaq, buraxılış və qəbul imtahanlarında iştirakı təmin edilmiş, heç bir qayda pozuntusu baş verməmişdir.
İmtahanların keçirilməsi üçün 7-si Naxçıvan şəhərində, 10-u isə muxtar respublikanın rayon mərkəzlərində olmaqla, 17 imtahan binasında yoxlama işləri aparılmış, binaların sxemləri dəqiqləşdirilmişdir. Dövlət İmtahan Mərkəzinin 2017-ci ildə ali məktəblərə hazırlaşan abituriyentlər üçün keçirdiyi 2 sınaq imtahanı Naxçıvan Muxtar Respublikasında aparılmışdır.
Qeyd olunmuşdur ki, ali təhsil müəssisələrinə birinci qəbul imtahanı II və III qruplar üzrə aprel ayının 30-da, I və IV qruplar üzrə may ayının 7-də keçirilmişdir. Ali təhsil müəssisələrinə ikinci qəbul imtahanı isə II və III qruplar üzrə iyul ayının 14-də, I və IV qruplar üzrə iyul ayının 22-də keçiriləcək. Tam orta təhsillərini cari ildə başa vuran abi­turiyentlər üçün V qrup üzrə qəbul imtahanı keçirilməyəcək. Onlar ixtisasların seçimi müsabiqəsində buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edəcəklər. Digər abituriyentlər üçün qəbul imtahanının iyul ayının 5-də keçirilməsi nəzərdə tutulur.

Vurğulanmışdır ki, bu ilin tədbirlər planına uyğun olaraq regional bölmənin qarşısında sınaq, buraxılış və qəbul imtahanları zamanı qarşıya çıxan problemlərin həll edilməsi kimi bir sıra mühüm vəzifələr durur. Konfransın keçirilməsində məqsəd də qarşıdan gələn qəbul imtahanlarının şəffaf və obyektiv keçirilməsini təmin etməkdir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək demişdir ki, regional bölmə və Təhsil Nazirliyinin birgə əməkdaş­lığı ilə ilk dəfə keçirilən bu konfrans vasitəsilə 16 mərkəzlə onlayn əlaqə yaradılmış və internet üzərindən 645 nəzarətçi-müəllim eyni anda konfransda iştirak edə bilmişdir.
Məmməd Qəribov onu da vurğulamışdır ki, 2016-cı il “Abituriyent” jurnalının 12-ci sayında imtahan nəticələrinin statistik göstəricilərinə əsasən muxtar respublikamız ilk beşlikdə yer alıb.
Konfrans bölmələrlə qarşılıqlı diskussiya şəklində davam etmiş, verilən suallar cavablandırılmışdır.

 Fatma BABAYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3898222
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11851
17653
60144
352439
3898222

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter