18 Oktyabr 2017, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, təhsil sahəsində qazanılan uğurların sayı get-gedə artmaqdadır. Bu gün muxtar respublikanın ən ucqar kəndlərində belə, şagirdlər müasir standartlara cavab verən, yeni avadanlıqlarla təchiz olunmuş məktəblərdə təhsil alırlar. Ötən il muxtar respublikada 19-dan çox təhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Bu ilin ötən dövrü ərzində 5 məktəb binasının açılışı olub.
Bildirilib ki, yaradılan bu şəraitin qarşılığında şagirdlər səylə çalışır, yeni-yeni uğurlara imza atırlar. Qürurverici haldır ki, 20 mindən çox iştirakçısı olan respublika fənn olimpiadasında finala qalmış 200 nəfərdən 20-si muxtar respublikanın təhsil müəssisələrinin şagirdləridir. Şagirdlərimiz bu olimpiadadan doğma Naxçıvanımıza 2-si qızıl olmaqla, 20 medalla qayıdıblar.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Rüstəm Həsənov “Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin respublika fənn olimpiadalarının nəticələri haqqında”, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova “Məktəbimizin fənn olimpiadalarında qazandığı uğurlar”, Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Sevinc Ləzgiyeva “Fənn olimpiadalarının əhəmiyyəti” mövzusunda çıxış ediblər.
Daha sonra fənn olimpiadasında qızıl medal qazanmış Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin X sinif şagirdi Zöhrə Kəngərli olimpiada qalibləri adından çıxış edərək başda öz müəllimləri olmaqla, bütün təhsil işçilərinə, qalibiyyətlərində əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Qeyd edib ki, istər ölkə, istərsə də muxtar respublika rəhbərliyinin qayğısını üzərində hiss edən gənclər bundan sonra daha da böyük uğurlara imza atacaq, onlara olan etimadı doğruldacaqlar.
Sonda qaliblərə medallar, fəxri fərmanlar və müxtəlif hədiyyələr təqdim olunub.

Fatma BABAYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4739036
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17766
16138
47611
274096
4739036

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter