22 Avqust 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının müdiri, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun “Nanomaterialların alınma metodları” kitabının və həmin institutun İqtisadiyyat şöbəsinin müdiri Sevinc Cabbarovanın “Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsi” adlı monoqrafiyasının təqdimatı olub.
Bölmənin Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək ictimaiyyətə təqdim olunan hər iki nəşr haqqında ümumi məlumat verib və müəlliflərə elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Kimya elmləri doktoru Bayram Rzayevin “Müasir dövrdə nanotexnologiyada geniş istifadə olunan nanomateriallar haqqında qiymətli əsər” mövzusunda məruzəsi dinlənilib. Bayram Rzayev kitabda nano­hissəciklərin və nanomaterialların alınmasının fiziki və kimyəvi metodları, bir, iki, üçölçülü kip nanomaterialların hazırlanması və tətbiq sahələri barədə məlumatların yer aldığını bildirib.
“Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsinə həsr edilmiş əsər” mövzusunda məruzə ilə çıxış edən iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov qeyd edib ki, rus dilində üç fəsildən ibarət olan yeni nəşrdə əmək potensialının formalaşması və inkişafı amilləri, əmək potensialından səmərəli istifadəyə demoqrafik dəyişikliklərin təsiri işıqlandırılıb.
Daha sonra məruzə ətrafında institutun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva və İqtisadiyyat şöbəsinin kiçik elmi işçisi Eltun İbrahimov çıxış ediblər.
Sonda müəlliflər tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3865247
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
12354
14815
27169
319464
3865247

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter