25 May 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

May 2017
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində əhalinin rifah halı yaxşılaşır və bu, əmək potensialının formalaşmasına öz müsbət təsirini göstərir. Bu baxımdan əmək potensialından səmərəli istifadəsinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi aktual məsələlərdən biridir.
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri Sevinc Cabbarovanın rus dilində geniş oxucu kütləsinə təqdim etdiyi “Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsi” adlı monoqrafiyası bu mənada, iqtisadi inkişafın müasir mərhələsində aktual tədqiqat əsəri kimi diqqəti cəlb edir.
Monoqrafiyanın “Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsinin nəzəri-metodoloji əsasları” adlanan birinci fəslində əmək potensialının formalaşması amilləri və ondan səmərəli istifadəyə demoqrafik dəyişikliklərin təsiri öz əksini tapıb.
Yeni nəşrin ikinci fəsli “Naxçıvan iqtisadi rayonunda əmək potensialından istifadə vəziyyətinin təhlili və iqtisadi qiymətləndirilməsi” adlanır. Burada Naxçıvan iqtisadi rayonunda əhalinin əmək fəallığına sosial-iqtisadi inkişafın təsiri, məşğulluğun inkişaf vəziyyəti tədqiq edilib.

Tədqiqat işinin “Naxçıvan iqtisadi rayonunda əmək potensialının idarə edilməsinin təkmilləşdirilməsinin əsas istiqamətləri” adlı üçüncü fəslində yeni iqtisadi münasibətlər şəraitində Naxçıvan iqtisadi rayonunda innovasiyaların əmək prosesində idarə olunması təhlil edilib. Monoqrafiyada əmək potensialının səmərəli istifadə olunmasında regional klasterlər və onların rolu araşdırılıb, xarici ölkələrin təcrübəsi öyrənilib, onların tətbiqi, təkmilləşməsi istiqamətləri və alınmış nəticələr təhlil olunub.
Monoqrafiyada əmək potensialının formalaşması amilləri nəzəri baxımdan tədqiq edilib və sistemləşdirilib. Əmək potensialının mövcud vəziyyəti, iqtisadi qiymətləndirilməsi və inkişaf imkanları şərh edilib. Yeni nəşrdə əmək potensialından istifadəsinin təkmilləşdirilməsi məsələləri hərtərəfli tədqiq olunub.

Mehriban İMANOVA
iqtisad üzrə fəlsəfə doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2455701
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11289
15224
57266
395264
2455701

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter