29 Aprel 2017, Şənbə

ARXİV

Aprel 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Ali təhsil ocağında Xalq artisti, “Şöhrət” ordenli bəstəkar, professor Tofiq Bakıxanovun rəhbərliyi ilə növbəti ustad dərsi təşkil olunub. Ustad dərsini aparan Bakı Musiqi Akademiyasının müəllimi, professor Hökümə Əliyeva universitetin Musiqi müəllimliyi və Simli alətlər ixtisaslarının tələbələrinə skripka alətinin sirri, ifa texnikası və düzgün istifadə qaydaları haqqında əyani şəkildə məlumat verib.
Professor Tofiq Bakıxanov dərsin gedişini izləyib. Gənc ifaçılara məsləhət və tövsiyələrini verib, onları musiqinin sirlərinə dərindən yiyələnməyə səsləyib.
Ustad dərsləri bir neçə gün davam edəcək.
Tofiq Bakıxanov Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsinin birinci kurs tələbələrinin hesabat konsertinə də baxıb. Konsert Bəstəkarlıq ixtisasının I kurs tələbəsi Hakim Məmmədovun Xalq şairi Məmməd Arazın sözlərinə bəstələdiyi “Naxçıvan” mahnısının Solo oxuma ixtisasının I kurs tələbəsi Rüstəm İbrahimov tərəfindən ifası ilə başlayıb. Tələbələrdən Sevindik Rzayev və Fuad Kazımlı tarda, Namizət Oruclu qarmonda, Çilər Məmmədova, Səxavət Rəhim­ov, Aysel Rzayeva və digərləri fortepianoda rəngarəng musiqi nömrələri təqdim ediblər. İncəsənət fakültəsinin müxtəlif ixtisaslarına bu il qəbul olan tələbələrin nağara, fleyta, skripka, saksafon, kontrabas musiqi alətlərindəki solo ifaları alqışlarla qarşılanıb.
Proqramda Fikrət Əmirov, Tofiq Quliyev, Arif Məlikov, Rauf Hacıyev və digər görkəmli Azərbaycan bəstəkarlarının, habelə dünya klassiklərinin repertuarından seçmələr səsləndirilib. Konsert proqramı “Sarı gəlin” Azərbaycan xalq mahnısının ifası ilə başa çatıb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yekunda çıxış edərək hesabat konsertinin istedadların seçimi, tələbələrdə ilkin səhnə mədəniyyəti, sənət vərdişləri aşılanması baxımından əhəmiyyətini diqqətə çatdırıb. Rektor uğurlu konsert proqramını fakültə rəhbərinin, sənət müəllimlərinin birgə zəhmətinin bəhrəsi kimi yüksək qiymətləndirib, gənc sənətkara uğurlar arzulayıb.

Taleh HAXVERDİYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2031084
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14384
19173
106269
451062
2031084

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter