29 Aprel 2017, Şənbə

ARXİV

Aprel 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına uyğun olaraq aprelin 20-də Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə təhsil alan tələbələri Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində olublar.

Tələbələrlə görüşdə komitənin sədri Müslüm Cabbarzadə bildirib ki, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 19 may tarixli Sərəncamı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bazasında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin inzibati binasında müasir avadanlıqlarla təchiz olunmuş iş otaqları, iclas zalı, xəritəçəkmə, server və çap otaqları, 3 arxiv otağı, digər yardımçı otaqlar mövcuddur. Komitənin arxivində 200 minə yaxın torpaq və digər daşınmaz əmlak obyektlərinə dair arxiv sənədləri, torpaq balansı, geobotaniki tədqiqatlar, torpaqdan istifadə hüququna dair Dövlət Aktları, müxtəlif miqyaslı bərk və kağız xəritələr, torpaq islahatı materialları, yerquruluşu sənədləri, kosmik fotoplanlar və elektron variantda materiallar qorunub saxlanılır. Binada Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, onun Naxçıvan Şəhər İdarəsi və komitənin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutu fəaliyyət göstərir.

Qeyd olunub ki, komitə ilə rayon (şəhər) idarələri arasında optik kabel vasitəsilə elektron əlaqə yaradılıb, daşınmaz əmlakın qeydiyyatının Milli Qeydiyyat Sistemi vasitəsilə elektron qaydada aparılması təmin edilib. Hazırda komitə tərəfindən vətəndaşlara 27 növdə elektron, 5 növdə səyyari xidmət göstərilir. Diqqətə çatdırılıb ki, perspektiv inkişafın təmin edilməsi, gələcək nəsillərin məskunlaşması və əhalinin ərzaq tələbatının daha dolğun ödənilməsi sahib olduğumuz torpaqların mühafizəsindən, ondan səmərəli istifadə səviyyəsindən asılıdır. Muxtar respublikada bütün sahələrdə olduğu kimi, torpaqlardan səmərəli istifadə istiqamətində də həyata keçirilən tədbirlər təkcə bu günümüzə deyil, eləcə də gələcəyə hesablanmış iqtisadi və sosial siyasətin bir hissəsidir. Torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi, daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi istiqamətində kollektiv qarşısında ciddi vəzifələr dayanır. Torpaqlardan istifadəyə dövlət nəzarəti, torpaq monitorinqi, yerquruluşu və geodeziya, xəritəçəkmə fəaliyyətinin yeni tələblərə uyğun təşkili üçün komitədə davamlı işlər aparılır.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyev, komitənin İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədov, Daşınmaz əmlakın hüquqi ekspertizası və reyestrin aparılması sektorunun baş məsləhətçisi Tural Cəfərov tələbələr qarşısında çıxış ediblər.
Sonra tələbələr komitədə iş prosesi ilə tanış olub, müasir geodeziya-ölçü cihaz və avadanlıqlarına baxıblar. Çöl şəraitində iş prosesi ilə tanışlıq zamanı tələbələrə bu cihazlardan istifadə qaydaları haqqında məlumat verilib.

 Səbuhi Həsənov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2031089
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14389
19173
106274
451067
2031089

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter