26 Aprel 2017, Çərşənbə

ARXİV

Aprel 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Müəllimlər İnstitutunda “Təhsil kurikulumları: praktik tətbiqlər” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli açaraq təhsil kurikulumlarının əhəmiyyətindən danışıb. Qeyd edib ki, aparılan araşdırmalar nəticəsində yeni təlim strategiyalarının, o cümlədən fəal təlim, interaktiv metodların tətbiqinin müəllimin peşəkarlıq səviyyəsinə yeni və kifayət qədər yüksək tələblər qoyması bir daha müəyyənləşdirilib.
Konfransın plenar iclasında institutun Kurikulum mərkəzinin metodisti Tamara Baxşəliyeva “Müasir təlimdə oxu strategiyaları”, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Allahverdiyeva “Fəal dərsin səmərəli təşkilində fasilitasiya bacarığının rolu”, Kurikulum mərkəzinin metodisti Züleyxa Abbasova “Kimya fənnindən inteqrasiya”, AMEA Naxçıvan Bölməsinin dissertantı Təranə Qəbulova “Fənn kurikulumlarının tətbiqində İKT-dən istifadənin əhəmiyyəti”, Şərur rayon Zeyvə kənd tam orta məktəbinin müəllimi Fərmayil Əsgərov “Kurikulum ilə xarici dillərin tədrisi” mövzularında məruzə ediblər.
Sonra elmi konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Müxtəlif mövzuları əhatə edən bölmə iclaslarında təcrübəli pedaqoqların, ali təhsil müəssisələri əməkdaşlarının çıxışları olub.
Sonda bölmə iclaslarının nəticələri müzakirə edilib, fikir mübadiləsi aparılıb, yeni təhsil islahatının həyata keçirilməsi ilə bağlı bir çox suallar cavablandırılıb.

 Nail Əsgərov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

1977407
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10772
25913
52592
397385
1977407

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter