25 İyun 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respubli­kası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 27 iyul 2015-ci il tarixli Sərəncamına uyğun olaraq aprelin 18-də Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində olublar.
Tələbələr əvvəlcə buradakı kitabxana ilə tanış olub, sonra onlara Ümumi şöbəyə daxil olan sənədlərin və cinayət, mülki, inzibati və sair işlərin və materialların qeydiyyatı, rəsmiləşdirilməsi, işlərin formalaşdırılması və göndərilməsi, vətəndaşların müraciətlərinin baxılması qaydaları haqqında ətraflı məlumat verilib.
Tələbələrlə görüş zamanı Naxçıvan Muxtar Respublikasının Ali Məhkəmə­sinin sədri Ramiz Süleymanov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı hüquq təhsili alan tələbələrin aidiyyəti dövlət orqanlarında təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri baxımından atılan mühüm addımdır. Sərəncamda nəzərdə tutulan vəzifələrin uğurlu icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində görüləcək işlərə dair tədbirlər planının təsdiq olunduğunu bildirən Ramiz Süleyman­ov diqqətə çatdırıb ki, planda hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün seminar-məşğələlərin keçirilməsi, onların məhkəmə proseslərində iştirakının təmin olunması nəzərdə tutulub.

Bundan başqa, planda gələcək hüquqşünasların Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində istehsalat təcrübələri keçmələri üçün lazımi şəraitin yaradılması da öz əksini tapıb və bunun nəticəsi olaraq tələbələr ötən il Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində istehsalat təcrübələri keçiblər. Ramiz Süleyman­ov vurğulayıb ki, ötən dövrdə bu istiqamətdə xeyli iş görülüb və həyata keçirilən tədbirlər hazırda da davam etdirilir.
Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquq fənləri kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Qəhrəman Behbudov bildirib ki, müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadrlar hesab olunur. Hüquq sahəsi dövlət quruculu­ğunda mühüm yer tutduğu kimi, hüquqşünasın təhsili də böyük əhəmiyyət daşıyır. O, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində yaradılan hərtərəfli şəraitə görə minnətdarlığını bildirib.
Sonda suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3001446
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11611
14562
113726
436913
3001446

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter