26 May 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

May 2017
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabı nəşr olunmuşdur.
Aprelin 14-də AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının təşkilatçılığı ilə “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabının təqdimatı olmuşdur.
AMEA Naxçıvan Bölməsinin sədri, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik İsmayıl Hacıyev tədbiri giriş sözü ilə açmış, “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabının görkəmli diplomatın həyat və fəaliyyətinin öyrənilməsi sahəsindəki əhəmiyyətini diqqətə çatdırmış, belə qiymətli bir kitabın nəşrinə görə Ali Məclisin Sədrinə muxtar respublikanın ziyalıları adından dərin minnətdarlığını bildirmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Bilik Fondunun Himayəçilik Şurası Sədrinin müavini Əli Həsənov demişdir ki, Behbud ağa Şahtaxtinski Azərbaycanın dövlətçilik, diplomatiya və ictimai həyatında mühüm yer tutan böyük tarixi şəxsiyyətdir. Bu gün Behbud ağa Şahtaxtinski deyərkən gözlərimiz önündə əqidəli ziyalı və alovlu vətənpərvər dayanır. Qısa, lakin mənalı həyatını Azərbaycan naminə mübarizəyə həsr edən, bu mübarizənin ilk qaliblərindən və qurbanlarından olan Behbud ağa Şahtaxtinski üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirmişdir. Onun həyatı və mübarizəsi siyasi tariximizdə vətəndaşlıq və dövlətçilik etalonudur.

Vurğulanmışdır ki, Behbud ağa Şahtaxtinski gənc yaşlarından ictimai fəaliyyətə başlamış, “Hümmət” partiyasının sıravi üzvlüyündən Azərbaycan Xalq Komissarları Soveti sədrinin müavini vəzifəsinədək yüksəlmişdir. O dövrün bolşevik çoxluğundan fərqli olaraq Behbud ağa Şahtaxtinski xalqın milli oyanışı və müstəqilliyi uğrunda aparılan mübarizəyə dəstək vermiş, Azərbaycan əleyhinə yeridilən ayrı-seçkilik siyasətinə qarşı çıxmışdır. O, Rusiya Federasiyası hökumətinin sədri Vladimir Leninə göndərdiyi 1920-ci il 13 avqust tarixli məktubunda qəti etirazını bildirməkdən çəkinməyərək yazırdı ki, “Naxçıvan diyarının daşnaklara verilməsi... Sovet Azərbaycanının hüquqlarını pozur. Naxçıvan diyarının xalqı ağlına gətirməzdi ki, Sovet Rusiyası əhalinin iradəsinə qarşı çıxacaq, diyarı daşnaklara verəcəkdir. Hərçənd ki, onların hakimiyyəti altında nəinki sovet quruluşu məhv edilir, həmçinin daşnak Ermənistanın ərazisində yüzlərlə müsəlman kənd­lərinin başına gətirilənlər kimi, əhalinin fiziki mövcudluğuna açıq-aydın təhlükə yaranır”.
Göründüyü kimi, Behbud ağa Şahtax­tinskinin siyasi fəaliyyətində Azərbaycanın ərazi bütövlüyü və Naxçıvanın taleyi ilə bağlı mübarizə xüsusi yer tuturdu. Xalqımızın vətənpərvər oğlu Azərbaycanın hakim partiyasında və mərkəzi Moskva hökumətində rəhbər vəzifə tutmuş ermənilərin təzyiqi nəticəsində 1920-ci il dekabrın 1-də Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi barədə elan olunmuş qanunsuz bəyanatı hiddətlə qarşılamış, Naxçıvana gələrək yerli əhalini bu qərarın əleyhinə qaldırmış, Naxçıvanın Azərbaycanın tərkibində saxlanması ilə nəticələnən referendumun keçirilməsinə nail olmuşdur. Açıq demək lazımdır ki, bu referendum olmasaydı beynəlxalq Moskva və Qars müqavilələrində Naxçıvanın tarixi taleyinə birmənalı şəkildə aydınlıq gətirilməsi də mümkün olmayacaqdı. Ona görə də bu gün biz buna sadəcə səsvermə aktı kimi yox, mühüm hüquqi presedent yaradan tarixi və siyasi akt kimi yanaşmalı və dəyərləndirməliyik.
Əli Həsənov demişdir ki, Behbud ağa Şahtaxtinskinin taleyüklü xidmətlərindən biri də Azərbaycanın ilk milli diplomatı kimi beynəlxalq Moskva və Qars müqavilələrində Naxçıvanın statusu ilə bağlı məsələlərin həllində yaxından iştirak etməsidir. Onun peşəkar diplomatik fəaliyyəti və siyasi mübarizəsi nəticəsində bu müqavilələrlə muxtariyyət statusu əldə edərək sərhədləri müəyyənləşdirilən Naxçıvan diyarı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınmış və təsbit edilmişdir. Behbud ağa Şahtaxtinskinin fəaliyyətində siyasi publisistika da mühüm yer tutur. O, dövlət xadimi kimi mətbuatın rolunu düzgün qiymətləndirmiş, milləti oyatmaq, tarixi yaddaşı bərpa etmək üçün publisistikanın imkanlarından məharətlə istifadə etmişdir. Mürəkkəb və çətin dövrdə yaşayıb fəaliyyət göstərən Şahtaxtinski ağır, amma şərəfli ömür yaşamışdır. O, bütün şüurlu həyatını Azərbaycan xalqının mənafeyinə həsr etmiş, milli maraqları hər şeydən uca tutmuşdur. Bütün bunlara görədir ki, Azərbaycan üçün taleyüklü işlər görmüş Behbud ağa Şahtaxtinskinin xidmətlərinin sovet hakimiyyəti dövründə unutdurulması istiqamətində düşmən qüvvələr tərəfindən planlı iş aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Behbud ağa Şahtaxtinskinin xidmətlərini yüksək qiymətləndirərək demişdir: “Behbud ağa Şahtaxtinski heç nə etməsəydi belə, xalqımızın taleyində mühüm rol oynayan Moskva və Qars beynəlxalq müqavilələrinin imzalanmasında göstərdiyi vətənpərvərlik və siyasi uzaqgörənlik onun adını Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bir sırada qoymağa tamamilə əsas verir”.
Diqqətə çatdırılmışdır ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Şahtaxtinskilərə, xüsusən də Behbud ağa Şahtaxtinskiyə ikinci ömür verilmiş, unutdurulmuş bu görkəmli şəxsiyyət yenidən ictimai və elmi həyata qaytarılmışdır. Bütün bunlara görə muxtar dövlətimizin rəhbərinin həyata keçirdiyi ardıcıl tədbirlərə, göstərdiyi milli iradəyə borcluyuq. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 9 fevral tarixli Sərəncamı ilə Kəngərli rayonunun Şahtaxtı kəndində Şahtaxtinskilər Muzeyi yaradılmış, burada ayrıca guşədə Behbud ağa Şahtaxtinskiyə aid materiallar öz əksini tapmışdır. “Görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, 2011-ci il oktyabrın 12-də Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyi ilə bağlı konfrans keçirilmiş, Ali Məclisin təsis etdiyi “Naxçıvan” ictimai-­siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalın xüsusi nömrəsi Behbud ağa Şahtaxtinskiyə həsr olunmuş, “Behbud ağa Şahtaxtinski və Qars müqaviləsi”, “Gümrü, Moskva və Qars müqavilələri və Naxçıvanın taleyi” kitabları nəşr olunmuşdur. Bundan əlavə, “Vətən, sənə canım qurban” sənədli filmi, teleradio və qəzet materialları hazırlanmış, Naxçıvan şəhərində görkəmli dövlət xadiminin adını daşıyan küçə abadlaşdırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının təşkilatçılığı ilə bu gün təqdimat mərasimi keçirilən “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabı da görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin tədqiqi və təbliği sahəsində görülən işlərin davamıdır.
Ali Məclisin Sədri tapşırıq vermişdi ki, Behbud ağa Şahtaxtinskinin siyasi, diplomatik və publisistik fəaliyyəti ilə əlaqədar arxivlərdə yeni araşdırmalar aparılsın. Tapşırıq icra olunmuş, əldə edilən mühüm arxiv sənədləri toplu halında yığılaraq Azərbaycan dilinə tərcümə edilmişdir. Ali Məclis Sədrinin himayəsi ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabında 100-dən çox məktub, teleqram, məqalə, müqavilə, protokol və akt, həmçinin diplomatik yazışmalar yer almışdır. İlk dəfə geniş ictimaiyyətə Azərbaycan və rus dillərində təqdim olunan bu materiallar Behbud ağa Şahtaxtinskinin həyat yolunun və mübarizəsinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Şübhə yoxdur ki, “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabı faydalı elmi mənbə kimi bundan sonra yeni tədqiqatların aparılmasına da öz təsirini göstərəcəkdir.
Bilik Fondunun Himayəçilik Şurası Sədrinin müavini Əli Həsənov “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabını Naxçıvanşünaslığa dəyərli töhfə kimi yüksək qiymətləndirərək, kitabın ərsəyə gəlməsində əməyi olanlara, xüsusən də kitabın tərtibçisi akademik İsmayıl Hacıyevə təşəkkürünü bildirmiş, yeni nəşr münasibəti ilə alim və tədqiqatçılarımızı təbrik etmişdir.
Təqdimat mərasimində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Behbud ağa Şahtaxtinski: Naxçıvanın ərazi məsələsi və muxtariyyət statusu”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Behbud ağa Şahtaxtinski: teleqramlar və məqalələr”, Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin direktoru, Bilik Fondunun Himayəçilik Şurasının üzvü Namiq Məmmədovun “Behbud ağa Şahtaxtinski yaradıcılığında təhsil məsələləri”, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin Siyasi məsələlər üzrə şöbəsinin müdiri Nadir Cəfərovun “Behbud ağa Şahtaxtinski: müqavilələr və diplomatik fəaliyyəti”, Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və dünya ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyevanın “Behbud ağa Şahtaxtinskinin publisistikası” mövzularında çıxışları dinlənilmişdir.
Tədbir iştirakçılarına “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabı təqdim olunmuşdur.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2472389
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11240
16737
73954
411952
2472389

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter