20 Oktyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Tədbirdə Şahbuz rayon ağsaqqalları və ziyalıları, rayon Təhsil Şöbəsinin nümayəndələri, müəllim və şagirdlər, universitet əməkdaşları iştirak ediblər. Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov tədbirdə çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2017-ci il tarixdə imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb, universitetin 50 illik yubileyinin qeyd olunmasını muxtar respublikada elmə və təhsilə göstərilən yüksək diqqətin bariz nümunəsi olduğunu vurğulayıb.
Naxçıvan Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, dosent Şamxal Məmmədov universitetin keçdiyi inkişaf yoluna nəzər salaraq bildirib ki, 1967-1968-ci tədris ilində cəmi 3 ixtisas üzrə kadr hazırlığına başlanan bu ali təhsil ocağında hazır­da 57 ixtisas üzrə bakalavr, 46 ixtisas üzrə magistr, 31 ixtisas üzrə doktorant hazırlığı aparılır. Prorektor universitetin maddi-texniki və tədris bazası, 108 hektar sahədə yerləşən 16 tədris korpusu, Elektron kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, Xəstəxana, Olimpiya-İdman Mərkəzi, Baytarlıq Təbabəti Klinikası və Tələbə evi, Media mərkəzi və digər struktur qurumları, beynəlxalq əlaqələri, elektron universitet quruculuğu istiqamətində qazandığı uğurlar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Naxçıvan Dövlət Universiteti 2009-cu ildə Avropa Rektorlar Klubu tərəfindən “Minilliyin universiteti” adına layiq görülüb, 2015-ci ildə Azərbaycan Respublikasının 30 ali məktəbinin çoxkriteriyalı, beynəlxalq standartlara uyğun reytinq cədvəlində birinci yeri tutub.

Universitetin Botanika kafedrasının müdiri, dosent Musa Piriyev, dosent Xanəli Kərimli ali təhsil ocağının dünyaya inteqrasiyası istiqamətində əldə etdiyi nailiyyətlərdən, Şahbuz rayon ziyalı mühitinin formalaşmasındakı rolundan danışıblar.
Pedaqoji fakültənin tədris işləri üzrə dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İbrahim Rüstəmov universitetin ilk məzunlarından biri və burada 45 illik elmi-pedaqoji fəaliyyət göstərən alim, ziyalı kimi universitetin müqayisə­olunmaz inkişaf yolu keçməsindən iftixarla danışıb.
Ali təhsil ocağının Ümumi təbabət kafedrasının dosenti, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Cəbi İsmayılov, Azərbaycan tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Nadir Hüseynbəyli, Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov universitetin milli təhsil tarixindəki özünəməxsus yerindən, burada humanitar və tibb elmləri istiqamətində kadr hazırlığının səviyyəsindən danışıblar.

Mehriban Sultan

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4763173
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4905
19017
71748
298233
4763173

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter