20 Oktyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

AMEA Naxçıvan Bölməsində görkəmli folklorşünas alim, professor Məmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr edilən elmi konfrans keçirilib.
AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi tərəfindən təşkil olunan tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev görkəm­li alimin həyat və yaradıcılığından, folklorşünaslıq sahəsindəki əvəzolunmaz xidmətlərindən söz açıb. O bil­dirib ki, folklorumuzu sistemləşdirən, toplayan və Azərbaycanda folklorşünaslıq məktəbi yaradan professor Məmmədhüseyn Təhmasib Azərbaycan tarixinin, etno­qrafiyasının, toponiminin, coğrafiyasının mükəmməl bilicisi olub. Alimin apardığı elmi-tədqiqat işləri bu gün də Azərbaycan ədəbiyyatşünaslığı üçün dəyərli mənbədir. Şifahi xalq ədəbiyyatının tədqiqində böyük xidmətləri olan alim gərgin zəhməti sayəsində müxtəlif janrlı tədqiqat əsərləri yazaraq nəşr etdirib. Eyni zamanda o, dastanlarımızın toplanılması sahəsində də ciddi işlər görüb.
Qeyd olunub ki, Məmmədhüseyn Təhmasibin rəhbərliyi ilə şifahi xalq ədəbiyyatımızın qədim və zəngin janrı olan dastanlarımızın müxtəlif variantları yazıya alınıb, 5 cildlik “Azərbaycan dastanları” çap edilib. Kitablarda dastanlarımızdakı adlar araşdırılıb və o adlara aydınlıq gətirilib. Eyni zamanda onun “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı?” ssenariləri əsasında eyni­adlı filmlər çəkilib, “Bahar”, “Aslan yatağı”, “Çiçəklənən arzular” və digər pyes-nağılları teatr səhnələrində uğurla tamaşaya qoyulub.

Məmmədhüseyn Təhmasib kimi alimlərimizin elmi fəaliyyətlərinin araşdırılmasının Azərbaycan ədəbiyyatının inkişafı baxımından vacib məsələlərdən biri olduğunu qeyd edən akademik bölmədə cari ildə nəşr edilməsi nəzərdə tutulan “Məmmədhüseyn Təhmasib: taleyi və sənəti” məqalələr toplusunun üzərində işlənildiyini də diqqətə çatdırıb.
Elmi konfransda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Məmmədhüseyn Təhmasibin həyatı və yaradıcı­lığı”, filologiya üzrə elmlər doktoru Yusif Səfərov “Dastanlarımızın ustad tədqiqatçısı”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədov “Azərbaycan dastanlarının toplanması, tədqiqi və nəşrində Məmmədhüseyn Təhmasibin rolu”, Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov “Məmmədhüseyn Təhmasib və Azərbaycan kinosu”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov “Məmmədhüseyn Təhmasib və Azərbaycan teatrı” mövzusunda məruzələrlə çıxış ediblər.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4761435
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3167
19017
70010
296495
4761435

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter