26 Aprel 2017, Çərşənbə

ARXİV

Aprel 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

“Naxçıvan” Universitetində “Tədris prosesinin yeni standartlara uyğun təşkilində müasir texnologiyalardan istifadə imkanları” mövzusunda konfrans keçirilib. Ali təhsil ocağının Pedaqogika və Psixologiya, Riyaziyyat və informatika kafedralarının təşkil etdiyi konfransı giriş sözü ilə universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq müasir dövrdə İKT-nin təhsil sahəsində əhəmiyyətli rolundan söhbət açıb.

Universitetin Riyaziyyat və informatika kafedrasının müdiri, dosent Məftun Əliyevin “Ali məktəblərdə distant təhsil və onun üstünlükləri”, Pedaqogika və psixologiya kafedrasının müəllimi Aytən Məmmədovanın “Müasir təhsil sistemində texnologiyaların rolu”, Riyaziyyat və informatika kafedrasının müəllimi Türkan Tağıyevanın “Təhsilin informasiyalaşdırılması pedaqoji elmin yeni sahəsi kimi” və Pedaqogika və psixologiya kafedrasının müəllimi Nübar Səfərlinin “Kurikulum üsulunda İKT-nin rolu və yeri” mövzusunda məruzələri dinlənilib.

Bildirilib ki, müasir dövrdə İKT-nin inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi artıq daha çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır. Ölkəmizdə də informasiya cəmiyyətinin qurulması və kompüterləşmə sahəsində uğurlu addımlar atılıb. Məhz bu səbəbdən də son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biridir.

Nuray Əsgərova

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

1977410
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10775
25913
52595
397388
1977410

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter