17 Oktyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Martın 31-də Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında interaktiv əlaqə yaradılıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən və 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş interaktiv dərs muxtar respublikanın ­200-dən çox məktəbində izlənilib.

Xatirə Muzeyinin bələdçisi Rəqsanə Kərimova bildirib ki, muzeydə 2 mindən çox eksponat var və onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb. Xüsusilə 1905-1907-ci, 1918-1920-ci illərdə baş verən kütləvi soyqırımı aktlarını, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyasını, 1990-cı il 20 Yanvar, 1992-ci il Xocalı faciələrini özündə əks etdirən eksponatlar milli tariximizi öyrənmək baxımından əhəmiyyətlidir. Muzeydə ermənilərin Bakıda, Şamaxıda, Qarabağda, Naxçıvanda və digər bölgələrimizdə törətdikləri soyqırımları əks etdirən sənədlər, şəkillər, hadisələri tarixi faktlarla oxuculara çatdıran qiymətli kitablar vardır.

Qeyd olunub ki, ötən əsrdə mənfur ermənilər onlara himayədarlıq edənlərin dəstəyi ilə xalqımıza qarşı bir neçə dəfə soyqırımı aktı həyata keçiriblər. Miqyasına görə bu faciələrdən ən böyüyü 31 mart soyqırımıdır. 1918-ci ilin martında törədilmiş bu qanlı faciə paytaxt Bakı şəhəri də daxil olmaqla, ölkəmizin bir sıra regionlarını, o cümlədən muxtar respublikamızı da əhatə edib. Bəhs olunan illərdə xalqımıza qarşı soyqırımı törədilməsində əsas məqsəd torpaqlarımızın işğalı və “böyük Ermənistan” dövlətinin yaradılması idi. Hazırda muzeydə bu faciəli hadisələri özündə əks etdirən müxtəlif fotoşəkillər, xəritələr və sənədlər nümayiş etdirilir.

Vurğulanıb ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları və deportasiya ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymət ümum­milli lider Heydər Əliyev tərəfindən verilib. Ulu öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu baxımdan çox mühüm tarixi sənəddir.
Şagirdlərə məlumat verilib ki, dahi şəxsiyyət Heydər Əliyevin bu sahədəki fəaliyyətini ölkə Prezidenti cənab İlham Əliyev bu gün uğurla və qətiyyətlə davam etdirməkdədir. Hazırda dövlət başçısının rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, ölkəmizin haqq səsinin və ədalətli mövqeyinin dünya dövlətləri tərəfindən müdafiəsi istiqamətində məqsədyönlü iş aparılmaqdadır. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, dövlətimizin iqtisadi və siyasi gücü artdıqca onun beynəlxalq nüfuzu da güclənir, Azərbaycanın haqlı mövqeyini müdafiə edən ölkə­lərin və beynəlxalq təşkilatların sayı artır.
Dərsdə azərbaycanlılara qarşı ayrı-ayrı vaxtlarda həyata keçirilən soyqırımı və deportasiya siyasətinin acı nəticələrini özündə əks etdirən eksponatlar videobağlantı vasitəsilə şagirdlər tərəfindən izlənilib və müxtəlif bölmələrdə yerləşən eksponatlar haqqında müfəssəl məlumat verilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, eyni zamanda təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına hərtərəfli şərait yaradıb.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4719504
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14372
13707
28079
254564
4719504

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter