18 İyun 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Hər dəfə məktəb və təhsil haqqında söhbət açılanda bunların övladlarımızın yaxşı təlim-tərbiyə alıb xoşbəxt gələcəyə qovuşması üçün ən vacib şərtlər olduğunu düşünürük. Bunda haqlıyıq. Çünki təhsil almadan heç kimin müasir cəmiyyətin inkişafına heç bir pillə də yetişməsi mümkün deyildir. Cəmiyyət isə sürətlə inkişaf edir və bu gün 4-cü sinif şagirdlərinin ev tapşırıqlarına baxdıqda bunların ötən əsrin 80-ci illərində 8-ci siniflər üçün verildiyini görürük. Burda isə təəccüblənməməliyik. Çünki bilirik ki, yetkin, savadlı insan yetişdirilməsi dövrlə ayaqlaşmağın tək yoludur. 

İnsan sahib olduğu məhdud fiziki imkanları ilə müqayisədə sonsuz intellektual qabiliyyətə malik olan ali varlıqdır. Yaradanın insana bəxş etdiyi qabiliyyətin cəmiyyətə faydalı olan sərvətə çevrilməsi isə ailədən başlanan, daha sonra müxtəlif pillələrdə davam etdirilən təlim-tərbiyə nəticəsində mümkün olur. Ancaq görürük ki, insanların potensialından artıq dərəcədə yüklənməsi bahasına hansısa nəticə əldə etmək istəyi bəzən arzuedilən deyil, tam əksinə nəticələr də verə bilir. Bunu xüsusən uşaqlarda, formalaşmaqda olan gənc nəsildə daha tez-tez müşahidə edirik. Bəs buna səbəb nədir? Son illər təhsildə görünən bu və bunun kimi problemlər barəsində aparılan diskussiyalar zamanı yetişən gənc nəslin hərtərəfli inkişafdan uzaq, əzbərçilik və hafizə məktəbi yönlü təhsilin təsirlərindən qorunması üçün müxtəlif fikirlər səsləndirilir, təkliflər verilir. Problem ciddidir və ən azından bircə dəfə orta məktəb şagirdlərinin cavab axtardığı çoxminlik test tapşırıqları ilə tanış olan şəxslər, çətin ki, bu vasitə ilə gənc­lərin hərtərəfli biliklərə malik ziyalı olacağına inansınlar. Çünki belə əzbərçiliklə gələcəkdə qarşıya çıxan problemləri sərbəst həll edə bilən hərtərəfli yetişmiş kadrlar əvəzinə, sözün əsl mənasında, robotlaşmış bir insan yetişdirən təhsildən bundan daha yaxşısını gözləmək hələ ki mümkün deyil.

Yazıya giriş bir az sərt olsa da, etiraf etməliyik ki, ömrünü təhsilə vermiş tanınmış pedaqoqlar həmişə ibtidai sinifdən başlayaraq uşaqların sahib olduğu istedad və qabiliyyəti tutmağı bacarır, onlara düzgün yol göstərir, beləliklə də yaradıcı kadrlar formalaşdırırdılar. Ömrünün formalaşma mərhələsində müəyyən ixtisas qrupu üzrə keçirilən imtahanlarda qarşısına 500, 600 baldan artıq nəticə göstərmək vəzifəsi qoyulmuş və bunun üçün də test həll­etmə yarışının içərisinə atılmış gənc­lərin sabah həyatın istənilən sahəsində üzləşdikləri problemlər qarşısında beşbəndli cavab variantları axtarmaqdan başqa bilik-bacarıqları olmayacaq və bununla da, kiçicik bir çətinlik qarşısında çarəsiz vəziyyətdə qalacaqlar.
Elmə yiyələnmək üçün ilk olaraq hansısa sahənin nəzəriyyəsi dərindən öyrənilməli, çoxlu kitablar, ədəbiyyatlar oxunmalı, problematik məsələlər araşdırılmalıdır. Məhz bundan sonra əldə olunan biliklərin test olunması, yəni onların yoxlanılması hər kəsin xeyrinədir. Bu məqamda orta təhsil pilləsində bütün fənlərin öyrənilməsi kimi çox vacib bir şərti kənara qoyub uşaqları hələ aşağı siniflərdən müəyyən fənlər üzrə hazır­lıqlara göndərib digər fənlərdən imtina etməyin nə qədər düzgün olmayan bir seçim olduğunu görməkdəyik. Uşaqlar kitab oxumağa keçirdiyi vaxt qədər oyuncaqları ilə oynamağa, yaşıdları, sinif yoldaşları ilə asudə vaxt keçirməyə də maraqlı olurlar. Şübhəsiz, bir insanın düzgün formalaşması üçün bunlar da vacib şərtlərdir. Ancaq görürük ki, evdə həll edəcəyi bir-birinin təkrarı olan onlarla, yüzlərlə test tapşırıqları azmış kimi, sinifdə edilməli olan dərs tapşırıqları ilə üz-üzə qalan 10-17 yaşlı məktəblilərin bunlara heç vaxtı qalmır. Yaxud indiki qaydalara əsasən, misal üçün, III ixtisas qrupuna imtahan verəcək gələcək abituriyentin coğrafiya üzrə kifayət qədər bilikləri olmasa, görəsən, o, gələcəkdə fəlsəfə doktoru olsa da belə, tarix elmində hansı səviyyəyə yüksələ bilər? Eləcə də tarixdən və ya ədəbiyyatdan xəbəri olmayan həkimin gələcəkdə pasiyentləri ilə iş zamanı hansı humanitar biliklərə və düşüncələrə əsaslandığını təsəvvür etmək çətindir. Ümumiyyətlə, tarixi, xüsusən ölkə­sinin tarixini bilməyən şəxsin necə bir ali təhsilli kadr və ya ümumiyyətlə, vətəndaş olduğunu düşünmək olarmı? Oxuculardan kimsə deyə bilər ki, gələcəkdə, misal üçün, kompüter mühəndisi olmaq istəyənə musiqi və ya iqtisadiyyat dərsləri lazımdırmı? Düzdür, indi bir çox orta məktəblərdə keçilməsi nəzərdə tutulan iqtisadiyyat dərsləri məktəb direktorları üçün çətinlik deyil, dərs saatı az olan müəllimlərin problemini həll etməyin ən yaxşı yoludur. Ancaq gələcəyin jurnalisti əgər universitetə daxil olmaq xatirinə, sadəcə, bir neçə fənn üzrə özünü hazır­laşdırmağı düşünürsə, onun gələcəkdə cəmiyyət həyatının müxtəlif sahələrində, o cümlədən iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə müşahidə, araşdırma və təhlil apara bilməsi, görəsən, nə dərəcədə mümkündür? Fikrimizcə, insanın öz gücünə inanması, hadisələrin və problemlərin dərinliklərinə qədər nüfuz edə bilməsi üçün ona cəsarət verən əsl savadın, elmin yerinə bir neçə min test əzbərləməsinin verə biləcəyi nəticə heç beş faizdən də artıq ola bilməz.
İnsan ən kamil sosial varlıqdır. Onun hərtərəfli yetişməsi, cəmiyyətə faydalı bir üzv kimi formalaşması həyatın bütün mərhələlərində, xüsusən də ilk təhsil pillələrində keçdiyi yoldan, məktəb yoldaşları ilə qurduğu dostluq münasibətlərindən, müvəffəqiyyət qazanmaq üçün uşaqlar arasında gedən sağlam rəqabətdən də çox asılıdır. Məktəb illərindən hətta otuz-qırx il keçəndən sonra da həmyaşıd adamlar o yaşdakı xatirələrini yaxşı xatırlayırlar. Kollektiv hərəkətlərin, dostluğun, ünsiyyətin təhsildəki rolu və gənclərin formalaşmasındakı əhəmiyyətini bu baxımdan xatırlatmağa ehtiyac yoxdur.
Başqa bir məsələyə diqqət yetirək. Valideynlərdən bir çoxu ədalətsiz olaraq düşünür ki, əgər uşaq zəif qiymət alırsa, deməli, o, yararsızdır. Təbii ki, bu, çox səhv yanaşma tərzidir. Çünki bütün əla oxuyan şagirdlərin hamısı heç də ideal həyat tərzinə və karyeraya malik deyillər və ya heç də bütün zəif oxuyanlar yararsız övlad deyildir. Atalar “Beş barmağın beşi də bir olmaz”, – deyib. Amma “hafizə məktəbi” düşüncəsinə görə, hamı əzbərçiliklə hökmən ali təhsilli olmalı, elm yolunu tutmalıdır. Əslində isə bu, belə deyil. Uzağa getməyək. Bu gün ali təhsilini başa vurub öz arzusu ilə magistratura pilləsində təhsilinə davam edən gənc­lərin daha sonra öz karyerasını akademiya və ya ali məktəb müəssisələrində davam etdirməyə açıq-aşkar meyilli olmaması da, əslində, bu əzbərçiliyin məntiqi nəticəsidir. Elm bir müstəqil sahədir və elmi özünə karyera seçmiş gənc mütəxəssis bir anda görür ki, bir vaxtlar imtahanlardan keçmək naminə əzbərlədiyi testlərin heç yüzdə birinin də burda ona faydası yoxdur. Bu məqamda o görür ki, elm zamanında öyrənilən nəzəriyyələrə əsaslanan araşdırma, sərbəst düşüncə, müqayisə aparmaq, təhlil etmək və müstəqil nəticəyə gəlmək meydanıdır. Bütün inkişafın açarı insanı güc sahibi, ölkəni varlı, yaşayışı firavan edən elmə yiyələnmək isə hafizə məktəbindən deyil, düşüncə, məntiqi təfəkkür məktəbindən keçir. 2015-ci il mart ayının 14-də Naxçıvan Muxtar Respublikasında elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Təhsildə biliklərin mexaniki şəkildə əzbərlənməsinə yox, təhlilə, məntiqi təfəkkürə əsaslanan istiqamətlərin inkişafına çalışmalıyıq. Şagird və tələbələrin sərbəst mühakimə yürütmək və təhlil aparmaq bacarıqlarına, analitik nəticə çıxarmaq qabiliyyətlərinə üstünlük verməliyik”.

 Əli Cabbarov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2596064
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1749
4843
1749
88850
2596064

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter