19 Yanvar 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Ötən il bu sahənin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib

Təhsilin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Paytaxt Naxçıvan şəhərində, rayon mərkəzlərində, ən ucqar dağ və sərhəd yaşayış məntəqələrində yeni məktəb binaları tikilir, mövcud binalar yenidən qurulur, şagirdlərin müasir dövrün tələbləri səviyyəsində təhsil almaları üçün hərtərəfli şərait yaradılır.
Belə ki, yeni tikilən və ya yenidən qurulan təhsil ocaqlarının müasir tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar və idman zalları ilə təmin olunmasına ciddi önəm verilir. Ötən il də muxtar respublikada bu istiqamətdə kompleks quruculuq tədbirləri həyata keçirilib. Şərur rayonunun Oğlanqala kəndində 576, Arbatan kəndində 234, Babək rayonunun Yarımca kəndində 342, Məzrə kəndində 270, Xəlilli kəndində 144, Ordubad rayonunun Baş Dizə kəndində 156, Culfa rayonunun Saltaq kəndində 306, Xanəgah kəndində 198, Gülüstan kəndində 156, Kəngərli rayonunun Şahtaxtı kəndində 594, Yurdçu kəndində 270, Şahbuz rayonunun Daylaqlı kəndində 168 şagird yerlik olmaqla, ümumilikdə, 3414 şagird yerlik 12 məktəb binası müəllim və şagirdlərin istifadəsinə verilib. Bu qayğıdan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyinə, Naxçıvan Dövlət Texniki Kollecinə və Ordubad Texniki Peşə və Sürücülük Məktəbinə də pay düşüb, həmin tədris ocaqlarının şagird, tələbə və müdavimləri yeni binalarda təhsil almaq imkanı qazanıblar. Naxçıvan şəhərində 640 şagird yerlik 3 nömrəli tam orta məktəbdə yenidənqurma işləri başa çatdırılıb.

Bu sahənin inkişafına göstərilən dövlət qayğısı, yaradılan hərtərəfli şərait öz bəhrələrini verir. Bu bəhrələr ali məktəblərə sənəd verən abituriyentlərin qazandıqları yüksək nəticələrdə özünü göstərir. Belə ki, 2016-cı ildə qəbul imtahanlarında iştirak edən məzunlardan 1737-si ali məktəblərin, 567-si isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanıb. Ali məktəblərə qəbul olunan məzunlardan 338-i imtahanlarda 500-dən çox bal toplayıb. Yüksək nəticə əldə edərək tələbə adını qazananlardan 4-ü ölkə başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar da hərtərəfli qayğı əhatəsindədirlər. 2016-cı il onlar üçün də uğurlu olub. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasında böyük əhəmiyyətə malikdir.
Bütün bunlar bir strateji məqsədə söykənir: təhsil olmadan savadlı, hərtərəfli inkişaf etmiş gənc nəsil yetişdirmək mümkün deyil. Ona görə də illərdir ki, muxtar respublikamızda bu sahənin inkişafı prioritet vəzifəyə çevrilib.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6268486
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17120
16592
90540
318789
6268486

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter