16 Oktyabr 2019, Çərşənbə

Monteneqronun populyar “Avlija” internet nəşrində Azərbaycanın görkəmli xadimləri haqqında materiallar seriyasından növbəti məqalə dərc edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Dövlət qulluğunda etik davranış qaydaları” adlı təlim keçirilib. Oktyabrın 10-da start verilən və 2 gün davam edən təlimə Maliyyə Nazirliyinin tabeliyində olan qurumlarda çalışan 14 dövlət qulluqçusu cəlb olunub. Əsas məqsəd dövlət qulluğunda etikanın əhəmiyyəti, dövlət qulluqçularının riayət etməli olduğu əsas etik davranış qaydaları barədə gənc dövlət qulluqçularını məlumatlandırmaqdır.
Təlimdə “Dövlət qulluğunda etika” və “Peşə etikası və etiket qaydaları” adlı mövzulara dair slaydların təqdimatı ilə çıxışlar dinlənilib, qrup şəklində iş və müzakirələr aparılıb.
Sonda fəal iştirak edən dövlət qulluqçularına sertifikatlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti

Ölkəmizə ağır texnika və yük avtomobillərinin idxalını həyata keçirən “Grand Motors” MMC-nin təlim keçmiş yüksək ixtisaslı heyəti tərəfindən Naxçıvandakı hərbi hissədə məşğələ keçirilib.

Əlahiddə Ümumqoşun Ordudakı müxtəlif markalı buldozerlərin heyətləri ilə keçirilən məşğələdə əsas diqqət texnikanın istismarı qaydalarına və texniki qulluğun göstərilməsinə yönəldilib.

Məşğələ zamanı buldozer texnikalarında mühərrik yağlarından istifadə, texniki müayinə və akkumulyator batareyalarına qulluq qaydaları praktiki olaraq göstərilib.

Məşğələnin sonunda buldozerlərin heyətlərindən məqbullar götürülüb.

Nəriman Nəcəfov

AMEA Naxçıvan Bölməsinin 2018-ci ilin biblioqrafıq göstəricisi çap olunub.

Bölmənin Elmi-təşkilat şöbəsində tərtib edilən biblioqrafiyada qurum əməkdaşlarının ölkəmizdə və xaricdə işıq üzü görən monoqrafiyaları, kitabları, tezisləri, jurnallarda, toplularda, eləcə də dövrü mətbuatda dərc edilən məqalələri, tərcümələri, o cümlədən internet resursları verilib. “Köməkçi göstəricilər” adlı bölmədə əsər başlıqları, müəlliflərin əlifba göstəriciləri yer alıb.

Qeyd edək ki, 2018-ci ildə AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının 820 elmi əsəri nəşr edilib ki, onlardan da 23-ü monoqrafiya, 15-i kitab, 4-ü kitabça, 3-ü metodik vəsait, 768-i elmi məqalə, 7-i tezisdir. 498 elmi məqalə beynəlxalq kodlu nüfuzlu jurnallarda çapdan çıxıb.

Biblioqrafik göstəricidə 843 mənbə əksini tapıb ki, onlardan 39-u kitab və monoqrafiya, 663-ü məqalədir ki, onun da 162-si xaricdə işıq üzü görüb. Elmi məqalələrdən 48-i impakt faktorlu jurnallarda dərc olunub. 

AMEA-nın İnformasiya Şöbəsi

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrinin səviyyəsinə, aktual­lığına görə Sinqapurun “Materialşünaslığın tədqiqi və tətbiqi” beynəlxalq jurnalının redaksiya heyətinə üzv seçilib.
Gənc alim Naxçıvan Muxtar Respublikasının təbii mineralı – seolitlə bağlı müasir analiz metodlarından istifadə etməklə yüksək nailiyyətlər əldə edib. Apardığı mühüm elmi-tədqiqat işlərinin nəticələri dünyanın bir neçə xarici ölkələrinin nüfuzlu beynəlxalq jurnallarında rus və ingilis dillərində işıq üzü görüb. Onun seolitlərin tətbiq sahələrindən, onların alınma şəraitindən və müxtəlif quruluş tipli seolitlərin sintezindən bəhs edən kitab və monoqrafiyaları ölkə və xarici nəşriyyatlarda çap olunub.
Qeyd edək ki, Günel Məmmədova İngiltərənin Kembric Skolars Pablişinq Nəşriyyatının “Qeyri-üzvi kimya” jurnalının məsləhətçi redaksiya heyətinin, “Yeni Universitet” (Rusiya), həmçinin “Müasir fizikanın Amerika jurnalı” və “Qeyri- üzvi kimya” beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR