29 İyun 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

“Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə Naxçıvan Dövlət Universitetinin üç müəllimi “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim” qızıl medalı ilə təltif olunub.
Universitetin Tibb fakültəsinin dekanı, dosent Elsəvər Əsədov bitki mənşəli arıçılıq məhsullarının biokimyəvi, bioekoloji xüsusiyyətləri, keyfiyyət göstəriciləri sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, o cümlədən elmi-publisistik kitablarına, dərs vəsaitlərinə və ölkədə biologiya elminin inkişafına göstərdiyi xidmətlərə, həmin fakültənin Tibbi klinik fənlər kafedrasının dosenti, tibb üzrə elmlər doktoru İsa Abdullayev kəskin destruktiv pankreatitlərin kriodestruksiyası, müalicəsi, peritonitlərin kompleks müalicəsinin nəticələrinin yaxşılaşdırılması yolları, həmin kafedranın dosenti Gültəkin Əliyeva isə izoimmunizasiya fonunda gedən xroniki toksoplazmozun hamiləliyin başa çatmamasında etioloji rolu sahəsində apardıqları uğurlu elmi tədqiqatlara görə “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim” qızıl medalına layiq görülüblər. Mükafat komissiyası alimlərin elmi-publisistik kitablarını və ölkə­də tibb elminin inkişafına göstərdikləri xidmətləri də nəzərə alıb.

Ardını oxu...

18 iyun – İnsan Hüquqları Günü münasibətilə ali təhsil müəssisələri arasında keçirilən “Xəmsə” intellektual oyununda Naxçıvan Dövlət Universitetinin komandası birinci yerə layiq görülüb. Komandanın üzvləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Dövlət Universiteti tərəfindən sertifikat və fəxri fərmanlarla təltif ediliblər.
Bu münasibətlə keçirilən tədbirdə tələbələri təbrik edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada gənclərə göstərilən yüksək diqqət və qayğıdan danışıb. Vurğulanıb ki, keçirilən yarışlar gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında elmə marağı artırmaq, Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, eləcə də gənc­lərin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq məqsədi daşıyır.
Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, dosent Qərib Allahverdiyev, Beynəlxalq münasibətlər ixtisasının III kurs tələbəsi Aslan Səfərov çıxış edərək muxtar respublikamızda gənclərə göstərilən qayğıdan danışıblar.
Sonda yarışın qalibləri mükafatlandırılıblar.

Səadət ƏLİYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 14 yanvar tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin əlli illik yubileyi geniş qeyd olunur. Bu təhsil ocağı fəaliyyət göstərdiyi 50 il ərzində özünəməxsus inkişaf yolu keçmiş, müasir təhsil tariximizdə möhtəşəm uğurları ilə iz qoymuşdur.

Vaxtilə keçmiş SSRİ məkanında olan 20 muxtar respublika arasında yalnız Azərbaycanın bu ayrılmaz guşəsində ali məktəb yox idi. Bu da Kreml siyasətinin ikili standartlarının nəticəsi idi. 1939-1954-cü illərdə fəaliyyət göstərmiş Naxçıvan Dövlət Müəllimlər İnstitutu ikiillik təhsil verir və natamam (o zaman V-VII siniflər) məktəblər üçün kadrlar hazırlayırdı. Elə muxtar respublikalar var idi ki, oradakı ali məktəblərin sayı Azərbaycan SSR-dəki ali təhsil ocaqlarının sayından, bəlkə də, çox idi.
Naxçıvanlı ziyalıların bu faktları ozamankı mərkəzi hökumətə şikayət məktubları vasitəsilə çatdırması, nəhayət, 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının yaradılması ilə nəticələndi. İlk 5 ildə filialda üç ixtisas – tarix, riyaziyyat, dil-ədəbiyyat olmaqla, əyani və qiyabi şöbələrdə 102 tələbə təhsil aldı. Daha sonra təhsil ocağında Coğrafiya fakültəsi yaradıldı.

Ardını oxu...

“Naxçıvan” Universitetinin konfrans zalında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Universitetin rektoru, professor İsmayıl Əliyev çıxışında məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor ali təhsil ocağının fəaliyyəti barədə məlumat verərək bildirib ki, bu gün “Naxçıvan” Universiteti, sözün əsl mənasında, inkişaf mərhələsini yaşayır. İsmayıl Əliyev ali təhsil ocağının bu gün dünyanın bir çox nüfuzlu universiteti ilə əməkdaşlıq etdiyini bildirərək deyib ki, 2014-2015-ci tədris ilinə qədər 11 ixtisasın olduğu “Naxçıvan” Universitetində bu il artıq 15 ixtisas üzrə kadr hazırlığı aparılır. Bu il universitetdə bakalavr pilləsi üzrə 188 tələbə məzun olur. Sevindirici haldır ki, gənclərimiz intellektual və yaradıcılıq potensiallarını daim artırır, təhsildə uğurlar qazanır, müxtəlif dövlət orqanlarında, icra strukturlarında, özəl bölmədə geniş təmsil olunurlar.
Ali təhsil ocağının tədris işləri üzrə prorektoru İbrahim Kazımbəyli məzunları təbrik edib, muxtar respublikada təhsilə göstərilən qayğıdan danışıb. Tədbirdə valideynlər və məzunlar çıxış edərək universitetdə yaradılan şəraitə və gənclərə göstərilən qayğıya görə minnətdarlıq ediblər.
Sonra universitetin ictimai və mədəni həyatında fərqlənən bir qrup məzun mükafatlandırılıb.
Tədbirin bədii hissəsində tələbələrin ifasında səslənən maraqlı musiqi nömrələri, rəqslər iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Nuray ƏSGƏROVA

 Dövlət İmtahan Mərkəzi iyunun 17-də Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda və Naxçıvan Muxtar Respublikasında yerləşən ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün (IX-XI siniflər) mərkəzləşmiş qaydada buraxılış imtahanı keçirib. 

Həmin gün respublika üzrə, ümumilikdə, 76 min 636 şagird imtahan verib ki, onlardan da 43 min 781 nəfəri IX, 32 min 855 nəfəri isə XI sinif şagirdləridir.
İmtahanda iştirak edən şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə əldə ediblər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunub. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılıb. İmtahanların idarə olunmasına 264 imtahan rəhbəri, 3356 nəzarətçi-müəllim ayrılıb. İmtahanda iştirak edən nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları üçün təlim-seminarlar keçirilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl imtahan mərkəzlərinə Dövlət İmtahan Mərkəzi əməkdaşlarının iştirakı ilə baxış keçirilib və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil verilib.
Muxtar respublikada keçirilən imtahanlarda IX siniflər üzrə 3703 şagird, XI siniflər üzrə isə 2969 şagird iştirak edib.
Qeyd edək ki, imtahanların idarə olunması üçün, ümumilikdə, 26 imtahan rəhbəri, 12 ümumi rəhbər, 352 nəzarətçi-müəllim ayrılıb.

 Fatma BABAYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3064139
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11336
16573
59530
499606
3064139

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter