23 Fevral 2020, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Əliyev Qasım Vəli oğlunun sədrliyi ilə, Rəyasət Heyətinin üzvləri Allahverdiyev Əli Kərim oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, Kərimov Rahib Əhməd oğlunun katibliyi,

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Qasımov Məhərrəm Əli oğlunun, sədr müavini Qədimov Əli Tofiq oğlunun, üzvlər Hüseynzadə Əkrəm Rüfət oğlunun, Məmmədov Şamxal Şükür oğlunun, Ağayev Arif Qurban oğlunun və Quliyeva Ceyran Mənaf qızının,
Mütəxəssislər Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Məmmədov Məhərrəm Allahverdi oğlunun, Əsgərov Rəhim Əsgər oğlunun və Rzayev Xalid Məhərrəm oğlunun iştirakları ilə
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə uyğun olaraq konstitusiya icraatı qaydasında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2020-ci il fevralın 9-dа keçirilmiş seçkilərin nəticələrinin yoxlanılmasınа dair işə baxaraq hakim Allahverdiyev Əli Kərim oğlunun məruzəsini, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Qasımov Məhərrəm Əli oğlunun çıxışını və mütəxəssislərin arayışını dinləyib müzakirə edərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti

MÜƏYYƏN   ETDİ:

Ardını oxu...

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər təyin edilmişdir. 

Seçkilər təyin edildikdən sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” hazırlanıb təsdiq olunmuşdur. Seçki komissiyalarının bütün fəaliyyəti “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa və təsdiq olunmuş Təqvim Planına uyğun təşkil olunmuşdur.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 27.1-ci, 32-ci və 33-cü maddələrinə uyğun olaraq muxtar respublikanın ərazisində seçicilərin orta təmsilçilik norması nəzərə alınmaqla dairə və məntəqə seçki komissiyaları təşkil edilmiş və tərkibi müxtəlif siyasi partiyaların və ictimai təşkilatların irəli sürdükləri bitərəf namizədlər ­sırasından formalaşdırılmışdır.
Seçki komissiyaları müvafiq bina, rabitə vasitələri, texniki avadanlıqlar və lazımi inventarlarla təmin olunaraq, onlara tələb olunan bütün sənədlər, dəftərxana ləvazimatları, əşyalar, təlimat, izah, qaydalar və digər metodiki vasitələr verilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu barədə müvafiq qərarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 22-də imzalayıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 22-də Ülvi Hüseynlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri təyin edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ülvi Mötəbər oğlu Hüseynli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri təyin edilsin” 

Qeyd edək ki, Ülvi Hüseynli bu təyinatdan əvvəl Ali Məclis Aparatında Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, həm də Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədridir.  Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü, Dövlət Qulluğunun Baş müşaviridir. Azərbaycan Respublikası Prezidentinin  ötən il imzaladığı Sərəncamla “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

 

 

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddə­sinin  II his­sə­sinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Təhsil və ictimai fəaliyyət sahəsində xüsusi fərqləndiyinə görə Zahid Paşa oğlu Qənbərova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatı (beş min manat) verilsin.

 

  Vasif TALIBOV 

      Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

 

Naxçıvan şəhəri, 21 fevral 2020-ci il

 

 Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. “ASAN xidmət” Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etsin;
2.2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 19 fevral 2020-ci il

 

 

 

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR