27 Noyabr 2021, Şənbə

Naxçıvan Dövlət Universiteti Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk partiya təşkilatı ilə birgə “Müstəqillik illərində inkişafın Naxçıvan modeli” tələbələrarası yaradıcılıq müsabiqəsi elan edir. Layihənin əsas məqsədi ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin, magistr və doktorantların gözü ilə Naxçıvan Muxtar Respublikasının müstəqillik illərindəki yüksəliş və tərəqqi dövrünə nəzər salmaq, muxtar respublikamızın bütün sahələrindəki inkişafını, bu inkişafı həyata keçirən uğurlu strategiyanı öyrənmək və təbliğ etmək, bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək vermək, iştirakçıların bacarıqlarını və ideyalarını üzə çıxarmaq, ictimaiyyəti məlumatlandırmaq, qədim və zəngin Naxçıvan tarixini müxtəlif yaradıcı materiallarla təmin etməkdir.


Yaradıcılıq müsabiqəsində muxtar respublikamızın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, magistr və doktorantları iştirak edə bilərlər.
Müsabiqə elan dərc olunduğu gündən 2021-ci il dekabr ayının 5-dək keçiriləcəkdir. Yaradıcılıq müsabiqəsində iştirak etmək istəyən hər bir tələbə hazırladığı işləri 2021-ci il dekabr ayının 5-dək işçi qrupu tərəfindən yaradılmış elektron poçt ( Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) ünvanına göndərməli və ya Naxçıvan Dövlət Universitetinin əsas korpusunun 5-ci mərtəbəsindəki 502 nömrəli otağa təqdim etməlidir;
Müsabiqədə 4 (dörd) istiqamət üzrə birinci, ikinci, üçüncü yerlərə çıxan tələbələrə mükafat, iştirakçıların hər birinə sertifikat təqdim ediləcək.
Qaliblər 16 dekabr 2021-ci il tarixdə mükafatlandırılacaqlar.

Naxçıvan Dövlət Universiteti və
Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk
partiya təşkilatı

 

 

 

 

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR