13 İyul 2020, Bazar ertəsi

Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan nəqliyyat vasitələrinin ilkin satış qiymətinin 10 faiz məbləğində beh Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindəki Auksion Mərkəzinin Xüsusi Vəsaitlər Hesabına 16 iyun 2020-ci il tarixədək ödənilməlidir.

Sifarişlər Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində (Atatürk 42) qəbul olunacaqdır. Məlumat dərc olunduğu vaxtdan auksionda iştirak etmək arzusunda olan hüquqi və fiziki şəxslər satışa çıxarılan nəqliyyat vasitələrinin sənədləri ilə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində tanış ola bilərlər.
Auksionda iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunur:
- Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən təsdiq edilmiş formada sifariş;
- hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti;
- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Hərrac 19 iyun 2020-ci il tarixdə, saat 1100-da Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində keçiriləcək.

Əlavə məlumatı Auksion Mərkəzindən ala bilərsiniz.
Əlaqə telefonu: 545-01-38

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR