15 Oktyabr 2019, Çərşənbə axşamı

Müsabiqədə iştirak etmək istəyən şəxslər 18 sentyabr- 18 oktyabr 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Namizədlər elektron ərizəni təsdiq etmək məqsədilə test imtahanında iştirak üçün qanunvericilikdə müəyyən edilmiş ödəniş məbləğini “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ komissiyanın “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 900-dan 1230-dək və 1400-dan 1730-dək komissiyaya təqdim edilməlidir.

Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün esse imtahanı və müsahibə ­keçiriləcəkdir.
Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.
Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.
Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər komissiyaya gəlməklə müraciət edə bilərlər.
Maraqlananlar komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR