27 Yanvar 2020, Bazar ertəsi


Xalqımızın qədim bayramı olan Novruz Naxçıvan Muxtar Respublikasında hər il xüsusi təntənə ilə keçirilir. Bu il isə Novruz bayramı "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində qeyd olunur. Bayram şənliyi martın 19-da saat 11:00-da başlayyıb və "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində davam etdirilir.

 

Şənliklər çərçivəsində xalq yaradıcılığı və folklor nümunələrimiz, milli musiqi və yallılarımız, rəngarəng konsert proqramları, teatr tamaşalarından səhnəciklər şənlik iştirakçılarına təqdim edilir. Burada həmçinin milli mətbəx nümunələrimiz də bayram tədbirinin iştirakçılarına təklif edilir, əhaliyə, muxtar respublikaya gələn qonaqlara və turistlərə ictimai-iaşə xidməti göstərilir. 

Bununla yanaşı, bayram günləri – 21, 22, 23 və 24 mart tarixlərində də Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Estrada Orkestri və Kamera Orkestri, Naxçıvan Musiqi Kollecinin "Gənclik” instrumental ansamblı və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin "Şəlalə” instrumental ansamblı hər gün "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində konsert proqramı ilə çıxış edəcək. 

Bayram günlərində muxtar respublikadakı bütün muzey və muzeytipli müəssisələr də əhaliyə xidmət göstərəcəkdir. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 22 mart, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı 20-23 mart, Naxçıvan Dövlət Uşaq Teatrı 20-25 mart tarixlərdə tamaşalar göstərəcəklər.

Martın 25-ə qədər muxtar respublikanın 19 kəndində rayon mədəniyyət şöbələrinin, kənd mədəniyyət evləri və klubların, uşaq musiqi məktəblərinin kollektivləri konsert proqramları ilə çıxış edəcəkdir. Eyni zamanda 25 mart tarixində Naxçıvan Dövlət Film Fondunda məktəblilər üçün film nümayişi təşkil ediləcəkdir.

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR