26 Mart 2019, Çərşənbə axşamı

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Səni tərənnüm edirəm, doğma Naxçıvan!” devizi altında mahnı müsabiqəsi keçiriləcəkdir. Müsabiqənin əsas məqsədi qədim diyarımız Naxçıvanın təbiətini, maddi-mənəvi zənginliklərini, yetirdiyi dahi şəxsiyyətləri tərənnüm edən yeni mahnıların yazılmasıdır. Müsabiqədə professional və həvəskar bəstəkarlıqla məşğul olan yaşı 18-dən yuxarı şəxslər iştirak edə bilərlər.
Bir turdan ibarət olan müsabiqənin qaliblərinin mükafatlandırılması üçün professional və həvəskar bəstəkarlar nominasiyaları olmaqla, hər biri üzrə bir I yer, bir II yer və bir III yer təsis edilmişdir. Qaliblərin mükafatlandırılması üçün I yer – 1000 AZN, II yer – 500 AZN, III yer – 250 AZN mükafat fondu ayrılmışdır.
Müsabiqədə iştirak etmək istəyənlər 2019-cu il sentyabr ayının 10-dək Təşkilat Komitəsinə ərizə ilə müraciət edə bilərlər (Telefon: 036-545-02-54). Musiqi əsərlərinin notu çap şəklində ərizəyə əlavə olunmalıdır.
Müsabiqə zamanı bəstəkar əsərləri solist və ya xorun ifasında canlı olmaqla hər hansı orkestr, ansambl və ya konsertmeysterin müşayiəti ilə təqdim edilməlidir. Müsabiqənin 2019-cu il oktyabr ayının ikinci yarısında Naxçıvan şəhərində keçirilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792528
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
366
2548
2914
56845
3792528

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter