24 Sentyabr 2020, Cümə axşamı

Ümumi müddəalar:

Təlim dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 2 il
Yaş həddi: Cari ildə ümumtəhsil müəssisələrinin 9-cu sinfini bitirmiş, 15 sentyabr 2019-cu ilə qədər 15 yaşı tamam olan və 17 yaşı keçməyən oğlanlar qəbul olunurlar.

Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmaq istəyən namizədlər 01.03.2019-cu il tarixdən 01.04.2019-cu il tarixədək Hərbi Lisey rəisinin adına ərizə ilə müraciət etməlidirlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

1. Tərcümeyi-hal
2. Doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti (məktəb direktoru tərəfindən təsdiq olunmuş)
3. Oxuduğu orta məktəbdən təsdiq olunmuş (məktəb direktoru tərəfindən) sənədlər
4. Xasiyyətnamə
5. Oxuduğu sinfin 1-ci yarımilinin qiymət cədvəli
6. Qeydiyyat (yaşayış) yerindən ailə tərkibi haqqında arayış
7. 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, 3x4 santimetr ölçüdə)
8. Valideynlərin və ya onları əvəz edən şəxslərin dövlət notariusunda təsdiq olunmuş razılıq ərizələri
9. Burunətrafı boşluqların rentgenoqrafiyası
10. Döş qəfəsinin rentgenoqrafiyası
11. Sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ
12. Qanın ümumi analizi, qan qrupu və rezus-faktor
13. Qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara aid müayinələrinin nəticələri
14. Qanın hepatit C və hepatit B-yə aid müayinələrinin nəticələri
15. Sidiyin ümumi analizi
16. Nəcisdə helmintlərin yumurtalarının müayinəsinə aid tibbi sənəd
17. Dizenteriya qrupuna aid müayinə, əsnəkdən və burundan difteriya çöplərinin aşkar edilməsi üçün müayinə
18. Psixonevroloji, Narkoloji, Vərəm, Dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar
19. Xroniki və son 12 ay ərzində keçirdiyi yoluxucu və parazitar xəstəliklərə görə dispanser qeydiyyatda olması haqqında məlumatlar, ambulator xəstənin tibbi kartı, (keçirilmiş peyvəndlər haqqında məlumat), stasionar xəstənin tibb kartından çıxarışlar, rentgenoqramlar, xüsusi müayinə metodlarının protokolları və vətəndaşın səhhətini xarakterizə edən digər tibbi sənədlər (məktəblinin tibbi kartı – forma № 26/U).
Naxçıvan Muxtar Respublikasında yaşayan və Hərbi tibb fakültəsinə, Müdafiə Nazirliyinin xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olmaq arzusunda olan namizədlər Heydər Əliyev adına Hərbi Liseyə müraciət etməlidirlər.
Şəxsiyyət vəsiqəsi (doğum haqqında şəhadətnamə) namizəd tərəfindən şəxsən təqdim olunur.

Hərbi Liseyə qəbul 2 mərhələdə keçirilir:

1-ci mərhələdə bütün hərbi təhsil müəssisələrinə qəbul olmaq istəyən namizədlər Heydər Əliyev adına Hərbi Liseydə hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlərə dövlət test imtahanlarına buraxılış vərəqəsi verilir. Hərbi həkim komissiyasının tarixi sənəd qəbulu vaxtı bildiriləcək.
2-ci mərhələ Dövlət İmtahan Mərkəzində təşkil edilir.
Abituriyentlər I qrup üzrə Azərbaycan dili, riyaziyyat, fizika və kimya fənlərindən Azərbaycan dilində test imtahanı verirlər.
Namizədlər Heydər Əliyev adına Hərbi Liseyə Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunmuş siyahılar əsasında qəbul edilirlər. İmtahanın tarixi əlavə olaraq ­bildiriləcək.

Qeydlər və çatışmazlıqlar

1. Yaşı ötən və ya yaşı çatmayan namizədlərin sənədləri təqdim edilməsin
2. Qeydiyyatı və yaşayışı eyni ünvan olan namizəd ailə tərkibini göstərməklə bir arayış təqdim edə bilər
3. Fotoşəklin arxa tərəfində namizədin soyadı, adı, atasının adı yazılsın və zərfə qoyulsun
4. Rentgenoqrafiyanın rəyi yazılmış şəkildə təqdim ­edilsin
5. Sənədlər ağ kağız şəxsi iş üçün qovluqda faylın içində göstərilən ardıcıllıqla düzülməli və qovluq üzünün aşağı hissəsində abituriyentin soyadı, adı və atasının adı yazılmalıdır
6. Naxçıvan Muxtar Respublikasında yaşayan və hərbi təhsil müəssisəsinə qəbul olmaq arzusunda olan namizədlər Heydər Əliyev adına Hərbi Liseyə müraciət etməlidirlər.
Sənədlər 01.03.2019-01.04.2019-cu il tarixlərdə saat 900-dan 1800-dək (saat 1300-dan 1500-dək nahar fasiləsi) qəbul olunacaq.
Naxçıvan şəhərindən kənarda yaşayan namizədlərdən sənədləri nahara qədər, Naxçıvan şəhərində yaşayanlardan isə nahardan sonra təqdim etmələri xahiş olunur.

Əlaqə telefonları: 544-00-15, 544-00-16

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR