26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Almaniyalı mütəxəssislər okeanlarda oksigenin həcminin azaldığını və bu təbii fəlakətin sürətlə baş verdiyini bildiriblər.

Serqqapisi.az “runews24.ru” saytına istinadla xəbər verir ki, elmi tədqiqatlar nəticəsində son 50 il ərzində okeanlarda oksigenin həcminin iki faiz azaldığı sübut olunub. Alimlər, həmçinin okeanların üst təbəqəsində oksigenin daha çox itirildiyini dəqiqləşdiriblər. Buna səbəb kimi antropogen amillərin hidrosferə mənfi təsiri göstərilir.

Alimlərin fikrincə, oksigenin səviyyəsinin azalması su hövzələrində yaşayan canlılar üçün təhlükəli ola bilər.

Fevralın 16-da “Əqrəb” özüyeriyən robotu qəzalı “Fukusima-1” atom elektrik stansiyasının (AES) ikinci blokunda 2011-ci il qəzası zamanı reaktorun altına axmış nüvə yanacağının tədqiqnə başlayıb.

Serqqapisi.az AZƏRTAC-a istinadən xəbər verir ki, reaktorun sökülməsini həyata keçirməyə hazırlşan mütəxəssislər kamera, fənər və dozimetrlə təchiz edilən bu robot vasitəsilə onun daxilində radiasiyanın səviyyəsini müəyyən etməyə çalışırlar.

Əvvəlki ölçmələr zamanı ikinci reaktorun daxilindəki müdafiə örtüyünün içərisində ərimiş nüvə yanacağının yaratdığı radiasiyanın saatda 650 zivert təşkil etdiyi müəyyən edilib. Təbii radiasiya fonu ildə 2,4 millizivertə bərabərdir.

Bundan əlavə, həmin tədqiqat zamanı reaktorun altında, metal dayaqlar olan hissədə 1,5x1,5 metr ölçüdə kvadratşəkilli kəsiyin olduğu aşkar olunub. Güman olunur ki, həmin kəsik reaktorun örtüyünün içərisindəki nüvə yanacağının əriməsi nəticəsində əmələ gəlib. Burada nüvə yanacağının qalığı ola biləcəyi güman edilən qara bərk maddə də müəyyən olunub.

Facebook-da şirkət səhifələri iş elanları yerləşdirə biləcəklər.

Serqqapisi.az xəbər verir ki, hələlik bu funksiya ABŞ və Kanadada istifadəyə verilib. Funksiya avtomatik olaraq istifadəçilərin profilindəki məlumatları xüsusi formaya əlavə edir və işəgötürən öz rəyi barədə mesencerə yaza bilir. Şirkətlərin işlə bağlı elanları həm də xəbərlər lentində peyda olacaq.

Müşahidəçilərin bildirdiyinə görə, bununla Facebook karyera və peşə istiqamətli Linkedİn sosial şəbəkəsinə zərbə vurmuş olur. Dünyada ən böyük auditoriyası olan Facebook bununla karyera ilə bağlı məsələləri də öz platformasında saxlamaq niyyətindədir.

Alimlər Yeni Zelandiyanın, Kaledoniyanın və onların yaxınlığındakı adaların 90 faizdən çox hissəsinin Sakit okeanın suları altında gizlənən ümumi kontinental plitənin üzərində yerləşdiyini müəyyən ediblər. Bununla bağlı, həmin ərazinin vahid qitə hesab edilməsi təklif olunur.

Serqqapisi.az  Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, avstraliyalı, yeni zelandiyalı və kaledoniyalı alimlər burada Qondvana superqitəsindən söhbət getdiyini iddia edirlər. Plitənin sahəsi 4,9 milyon kvadratkilometrdir.

Tədqiqat müəlliflərinin fikrincə, suyun üstündə qalan ərazilərə gəldikdə, onlar qitənin bütün tələblərinə cavab verir: sərhədləri dəqiq müəyyən olunub, müxtəlif geologiyaya malikdir və dünyanın digər hissələrindən fərqlənir, faydalı qazıntı yataqlarına və geniş kontinental şelflərə malikdir.

Lakin bir sıra alimlər həmkarlarının “kəşfinə” skeptik yanaşırlar. Məsələn, Kaliforniya Universitetindən olan Brit Lendik hesab edir ki, tədqiqatın müəllifləri güclü sübut bazası toplasa da, bütün hallarda bu məsələ ilə bağlı problemlər yaranacaq.

Avstriyanın paytaxtı Vyana şəhərində dünyanın ən populyar  kriptovalyutası olan bitkoinlə işləyən ilk bank açılıb.

Almaniyanın kiçik “Bit Trust Services” startapı tərəfindən açılmış “Bitcoin-Bank”da  müştərilər kriptovalyuta haqda məsləhət ala və sistemdə qeydiyyatdan keçə bilərlər. Virtual pul kisəsinin sahibləri isə öz bitkoinlərini avroya və ya əksinə çevirə bilərlər.

Serqqapisi.az   ictnews.az  saytına istinadən xəbər verir  ki, Avstriyanın iqtisadi sistemində kriptovalyutanın dövriyyəsinə qadağa qoyulmayıb. Bu ölkədə hələ üç il əvvəl ilk bitkoin bankomat açılıb. Vyana  şəhərində təxminən 20 şirkət və müəssisə bitkoindən ödəniş məqsədilə istifadə edir.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4404472
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17747
13363
31110
392836
4404472

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter