21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Beynəlxalq Təhlükəsiz İnternet Günü (“Safer Internet Day”) ilin ikinci ayının ikinci həftəsinin ikinci günü qeyd edilir. 2017-ci ildə bu gün 7 fevral tarixinə düşür.

Bu əlamətdar hadisə 2004-cü ildə Avropa Komissiyasının qərarı ilə təsis edilib. Məqsəd dünyada, xüsusən uşaq və gənclər arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

“Şərq qapısı” ictnews.az saytına istinadən xəbər verir ki, rəqəmli texnologiyalar gündəlik həyatımızın bir hissəsinə çevrilir. Ona görə də internetdə təhlükəsizliyin təmini müasir dövrün ən aktual tələblərindən biridir. Təhlükəsiz və pozitiv internet yalnız mühafizə proqramları demək deyil. Bu, ilk növbədə pozitiv kontentin mövcudluğu, adi istifadəçilərin təhlükəsizliyin əsasları və internetdə davranış qaydalarına dair ictimai konsensus barəsində məlumatlı olması deməkdir. Bu, həm də adi istifadəçilərin internet təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulmuş ictimai-dövlət tərəfdaşlığıdır.
2005-ci ildən Avropa Komissiyasının iştirakı ilə yaradılmış milli mərkəzlərdən ibarət “Insafe” (“European Safer Internet Network”) qeyri-kommersiya təşkilatı dünyada Təhlükəsiz İnternet Gününün əsas koordinator rolunu icra edir. Avropa Birliyinə üzv dövlətlər, həmçinin İslandiya, Norveç və Rusiya “Insafe” təşkilatının üzvüdürlər.

Bu il Beynəlxalq Təhlükəsiz İnternet Günü dünyanın 130-dan çox ölkəsində qeyd olunur.

2017-ci ildə Təhlükəsiz İnternet Gününün şüarı aşağıdakı kimi səslənir: “Dəyişikliyə doğru! Təhlükəsiz internet məqsədilə birləşin!” (Be the change: Unite for a better internet).

Fevralın 6-da Yaponiyanın Sapporo şəhərində 68-ci qar fiqurları festivalı başlayıb. Ənənəvi olaraq hər il təşkil olunan festival zamanı şəhərin mərkəzindəki Odori parkında və yaxınlıqdakı iki ərazidə qardan düzəldilmiş 200-dən artıq fiqur nümayiş olunur.

          Parkda yerləşən beş ən böyük fiqurdan biri məşhur “Final Fantasy VII” oyununun qəhrəmanlarına həsr edilib. Bundan əlavə, “Ulduz müharibələri” fantastik saqasına və Parisdəki Qələbə tağına həsr olunan fiqurlar da burada yer alıb.

           “Şərq qapısı” AZƏRTAC-a istinadən xəbər verir ki, festival iştirakçıları yerli sakinlər tərəfindən düzəldilən 80 ədəd  qismən kiçik fiqura da maraqla baxırlar. Onların arasında məşhur smartfon oyunu “Pokemon Qo” və qələm, alma və ananas barədə populyar mahnının müəllifi yaponiyalı  komediya ustası  Pikotaronun fiqurları da var.

          Ənənəvi olaraq hər il fevral ayında təşkil olunan festivalda iki milyondan çox yerli və əcnəbi tamaşaçının iştirakı gözlənilir. Cari ildə festivalın fevralın 12-də başa çatacağı bildirilir.

ABŞ-ın “Intel” korporasiyası bükük formada korpusa malik noutbuku patentləyib.

Hazırda bir sıra şirkətlər bükük formalı televizor və monitorlar istehsal edirlər, ancaq belə modellərin sayı standart modellərdən xeyli azdır. Məsələn, “Acer Predator 21 X” noutbukunun bükük monitorla təchiz edilməsinə baxmayaraq, korpusun əsas hissəsi düz formaya malikdir.

“Şərq qapısı” ictnews.az saytına instinadən xəbər verir ki, patentin mətninə əsasən, “Intel” korporasiyası korpusu bükük formaya malik noutbuk hazırlamaq niyyətindədir. Sənəddə, həmçinin korpusdan ayrılan ekran təsvir edilib. Ehtimal ki noutbuk planşet kompüterin imkanlarını birləşdirəcək.

Noutbukun texniki məlumatları açıqlanmır. Patentdə, həmçinin belə formanın seçim səbəbi izah olunmur. Belə noutbukları masa üzərində yerləşdirdikdə daha az qızacaq.

Ötən ay Metsamor Atom Elektrik Stansiyasının (AES) yüksək gərginlikli elektrik ötürücü xəttində baş vermiş qəza Ermənistanda əhalinin narahatlığını artırıb. Ölkə vətəndaşları stansiyanın fəaliyyətinin təcili dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara şikayət məktubu ünvanlayıblar.

Stansiyaya yaxın ərazidə yaşayan insanlar eyni hadisənin yenidən təkrarlanacağından qorxurlar. Metsamorun fəaliyyətinin real təhlükə olduğunu bildirən vətəndaşlar stansiyanın bağlanması üçün dəfələrlə aidiyyəti qurumlara şikayət ərizələri ünvanlayıblar. Ötən il isə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə məktub göndərilib. Problemin həllini tapmadığını görən vətəndaşlar yenidən beynəlxalq təşkilatlara müraciət ediblər.

“Joxovurd” qəzetinin məlumatına görə, Metsamorun zəlzələdən dağılma ehtimalı da yüksəkdir. Bu stansiya həm də ekoloji fəlakət mənbəyidir. Stansiyanın yaratdığı kimyəvi tullantılar nəticəsində Syunik vilayəti yararsız əraziyə çevirilib. Tullantıların yığıldığı gölməçələrdən xeyli aralıdakı kəndlərdə ermənilərin əkdiyi ərzaq məhsullarında, xüsusilə kartofda insan sağlamlığı üçün təhlükəli sayılan kimyəvi maddələr aşkarlanıb.

Ermənistan Elmlər Akademiyasının Ekologiya Tədqiqatları Mərkəzi tərəfindən ərazidə aparılan araşdırmalar zamanı bölgənin suyunda radioaktiv qarışıqlı tullantıların olduğu müəyyənləşib. Ölkə vətəndaşları AES-in fəaliyyətinin dayandırılması üçün BMT-dən təcili tədbir görməsini tələb edirlər.

Xatırladaq ki, Metsamor Atom Elektrok Stansiyasının təkcə Ermənistan deyil, ərtaf regionlar üçün də təhlükə olduğunu  Azərbaycan və Türkiyə dövlətləri dəfələrlə beynəlxalq təşkilatların diqqətinə çatdırıb. 

 

Türkiyənin  Çanaqqala vilayətinin Ayvacık rayonunda Rixter cədvəli üzrə 5.3 bal gücündə zəlzələ baş verib.

Televiziya kanalları yerli vaxtla saat 6.51-də baş verən yeraltı təkanların bəzi tikililərdə yaratdığı dağıntıları əks etdirən görüntülər yayıb.

Yerli idarəetmə orqanları zəlzələnin nəticələrini araşdırmaq üçün tədqiqata başlayıb

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5282904
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4281
18197
22478
331110
5282904

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter