21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

2015-ci ilin yayında Rusiyanın “Kasperski Laboratoriyası” şirkətinin mühəndisləri öz kompüter şəbəkələrinin naməlum virus tərəfindən yoluxmasını aşkar etmişdilər. Məlum olmuşdu ki, “Troyan” virusu qurğunun əməli yaddaşında gizlənir ki, bu da virusun 6 ay ərzində aşkar edilməsinə səbəb olub.

Serqqapisi.az ictnews.az saytına istinadən xəbər verir ki, sonralar ekspertlər aydınlaşdırıblar ki, “Duqu 2.0” “soxulcan” virusu “Stuxnet” virusunun (ABŞ və İsrail tərəfindən İranın nüvə proqramını sabotaj etmək üçün yaradılıb) əsasında hazırlanıb. “Kasperski Laboratoriyası” şirkətinin nümayəndəsi deyib ki, indi faylları olmayan virus dünyada yayılmağa başlayıb.

Kompüterin yaddaşında gizlənən zərərverici proqram təminatı, demək olar ki, heç bir iz qoymur, buna görə onu aşkar etmək son dərəcə çətindir.

“Duqu 2.0” virusu artıq ən azı 140 bank və başqa müəssisələri yoluxdurub. “Kasperski Laboratoriyası”nın eksperti Kurt Baumqartner deyib ki, şirkətlər hadisələrin belə inkişafına hazır deyillər. Hakerlər bankomatları idarə edən kompüterləri hədəfə alaraq bankların daxilində pul çəkirlər.

Fransanın şimal-qərbində Flamanvil Atom Elektrik Stansiyasının maşın zalında partlayış baş verib.

Serqqapisi.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Ouest France”  qəzetinin yaydığı məlumata görə, ətraf mühitə radioaktiv maddələrin atılması təhlükəsi yoxdur. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Partlayışdan sonra yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və tibb işçiləri gəliblər.

Partlayış yerli vaxtla saat 10.00 radələrində (Bakı vaxtı ilə 13.00) qeydə alınıb.

 

ABŞ-ın “Cisco”  şəbəkə avadanlığı istehsalçısı tərəfindən illik dərc olunan “Mobile Visual Networking Index” hesabatına əsasən, 4 il sonra mobil telefon istifadəçilərinin sayı su kəmərindən istifadə edən insanların sayını ötəcək.

Şirkətin proqnozuna görə, 2021-ci ilədək dünyada telefondan istifadə edənlərin sayı 5.5 milyarda yaxınlaşacaq, halbuki həmin vaxt su kəmərindən 5.3 milyard insan istifadə edəcək. Bundan başqa, bank hesablarının sayı 5.4, istifadə edilən şəhər telefonlarının sayı isə 2.9 milyard təşkil edəcək.

Serqqapisi.az ictnews.az saytına istinadən xəbər verir ki, smartfon və planşetlərin sürətlə artan populyarlığının nəticəsi kimi 2021-ci ilədək ümumi internet trafikinin 20 faizi mobil qurğuların payına düşəcək. Xatırladaq ki, 2016-cı ildə bu göstərici 8 faiz olub. Məlumat trafikinin tutumu aylıq 49 ekzabayt və illik 587 ekzabayt təşkil edəcək. 1 ekzabayt 1 milyard qiqabayt deməkdir və bu o deməkdir ki, 4 il sonra insanlar 2011-ci illə müqayisədə 100 dəfə daha çox trafik yaradacaqlar.

Ardını oxu...

 Fevralın 17-də Türkiyənin İstanbul şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumunun keçirilməsi nəzərdə tutulur.

          Serqqapisi.az AZƏRTAC-a istinadən xəbər verir ki, AZPROMO-dan bildirilib ki, biznes-forumda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev, Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekci, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Gakharia və digər rəsmi şəxslər və iş adamlarının iştirakı gözlənilir.

          Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamları arasında özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

Çində eyni anda 13,5 milyard abunəçinin ünsiyyət qura biləcəyi optik rabitə kanalının sınaqları keçirilib.

Serqqapisi.az xarici mətbuata istinadən xəbər verir ki, layihə iştirakçıları şərhlərdə Çində hazırlanan meqabayt tutumlu məlumatların yüksək sürətlə və böyük məsafələrə ötürülməsini nəzərdə tutan texnologiyaların yeni inkişaf mərhələsinə qədəm qoymasını qeyd edərək eksperiment prosesində məlumatların  saniyədə 560 terabayt sürətində ötürülməsinə nail olunmasını bildiriblər.

 Məlumata görə, sınaqlar yeddi mərkəzi telə malik birmodullu optik kabeldən istifadə edilməklə həyata keçirilib. Hazırda istifadə olunan optik lif çinli alimlərin əyani müqayisəsində birxətli dəmir yolu rolunda çıxış edirsə, Çində sınaqdan keçirilən yeni texnologiya yeddizolaqlı sürətli magistralla müqayisə olunur.

  Son vaxtlar ötürülən informasiya həcminin daim artması ilə əlaqədar olaraq qlobal kommunikasiya şəbəkə sistemlərinin çox yüklənməsi dünyanın əksər ölkələrində, o cümlədən Çində innovativ optik lif texnologiyalarının yaradılmasını zəruri edib.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5282913
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4290
18197
22487
331119
5282913

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter