29 Aprel 2017, Şənbə

ARXİV

Aprel 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Marsda yaşamağa yararlı olan şəhər salmağı planlaşdırır. Belə ki, bununla bağlı “Mars 2117” layihəsi artıq təqdim edilib. Layihəyə əsasən şəhər robotlar tərəfindən inşa ediləcək.

Serqqapisi.az xarici saytlara istinadla xəbər verir ki, beynəlxalq təşkilatların və şirkətlərin tərəfdaşlığı ilə 100 il müddətində həyata keçiriləcək bu layihəni BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktum sosial mediada elan edib. Onun sözlərinə görə, layihə biliklərin və elmi qabiliyyətlərin əldə olunmasına, universitetlərin araşdırma mərkəzlərinə çevrilməsinə və növbəti nəsillərdə liderlik stimulunun yaranmasına yönəlib. O deyib: “Digər planetlərdə yaşamaq insanların arzusudur. Məqsədimiz bu cür beynəlxalq layihələrə BƏƏ-nin rəhbərlik etməsidir”.

Böyük Britanıya vətəndaşı “hər şeyə malik insanlara” butulkası 247 dollardan İsveçrənin dağ havasını satır.

Serqqapisi.az RİA Novosti xəbər agentliyinə istinadla xəbər verir ki, İsveçrənin Basel vilayətində yaşayan ingilis Djon Qrin “həqiqi dağ havası” satışı biznesinə başlayıb. Hava ilə doldurulmuş yarım litrlik butulkanın qiyməti 97 dollar, bir litrlik butulkanın qiyməti 167 dollar, 3 litrlik butulkanın qiyməti isə 247 dollardır.

Djon Drin bu qeyri-adi biznesindən əldə etdiyi gəlirin 25 faizini World Vision xeyriyyə təşkilatının hesabına köçürür. Butulkalar orijinallıq sertifikatı və GPS-koordinatı ilə təchiz olunub.

Özbəkistan Milli Universiteti nəzdindəki Kimya və Fizika polimerləri Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Muxammadaziz Faxritdinov çəkisizlik şəraitində təxminən 3 kiloqram ağırlığı olan tezyetişən limon əldə edib. Bu sitrus meyvəsi keyfiyyətinə görə adi limonlardan heç nə ilə fərqlənmir.

M.Faxritdinov jurnalistlərə bildirib ki, bu ağırlıqda limonun yetişdirilməsi institutun kollektivinin yaratdığı “Uzxitan” preparatı sayəsində mümkün olub. O deyib ki, əvvəl zoğ əmələ gəlməsi üçün 60 gün tələb olunurdu, bu preparatın köməyi ilə bu vaxt iki dəfə tezləşib. Tinglər əvvəl istixanada yetişdirilir, sonra açıq havaya köçürülür. Üç il ərzində bu tinglərə lazımi qaydada qulluq edilərsə, onlar 10 dərəcə şaxtaya davamlı olur. Bir koldan 5 il ərzində 120-150 limon yığmaq olar. Bu sort xəstəliklərə davamlıdır, işığı və nəmişliyi sevir.

Xəbərlər şöbəsi

“Samsung Electronics” şirkəti “Xcover” seriyasına məxsus yeni təhlükəsiz smartfonunu təqdim edib. “Galaxy Xcover 4” adlandırılan yeni cihaz “MIL-STD 810G” və “IP68” spesifikasiyalarının tələblərinə cavab verir və buna görə 1,2 metrədək hündürlükdən yerə düşdükdə sınmır, hətta 1 saat müddətində 0,5 metr dərinliyində suda qaldıqda işləməyə davam edir. Bundan başqa, aparat ekstremal temperatura, vibrasiya, günəş şüalanmasına və başqa təsirlərə qarşı dayanıqlıdır.

Serqqapisi.az “dailycomm.ru” saytına istinadən xəbər verir ki, yeni qurğu 1280x720 piksel təsvir ölçülü 5 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli prosessor, 2 giqabayt əməli yaddaş və 16 giqabayt daxili fləş yaddaşla təchiz edilib.

Bundan başqa, smartfon 13 meqapiksellik əsas (sualtı çəkiliş rejimini dəstəkləyir) və 5 meqapiksellik ön kameralar, simsiz “GPS”, “NFC” və “LTE” modulları ilə təchiz edilib.

Ardını oxu...

Çinin Henan əyalətinin dəmiryolu vağzalında ilk robot polis vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
Serqqapisi.az “RİA Novosti” resursuna istinadən xəbər verir ki, robot polisin Çjençjou şəhərinin sürətli qatarlar vağzalının gözləmə zalında fəaliyyət göstərməsi bildirilir.

Məlumata görə, robot insanın köməyi olmadan ərazini qoruyur, sərnişinlərin üzünün skan edilməsi və tanınması funksiyasını yerinə yetirir. Bundan başqa, o, sərnişinlərin suallarını cavablandıra, temperatur səviyyəsini skan edə və yanğın təhlükəsi barədə xəbərdarlıq edə bilir.     
      
Qeyd olunur ki, bir həftə ərzində robot test rejimində işlədikdən sonra axşam növbəsində duracaq.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2030980
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14280
19173
106165
450958
2030980

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter