28 Sentyabr 2020, Bazar ertəsi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban…

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci…

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün  müasir iş şəraiti yaradılıb

  Ölkə Prezidenti cənab İlham Əliyev…

Naxçıvanda yüksək bal toplamış  məzunlarla görüş olub

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul…

Azərbaycan Respublikası təltiflərinin və gənc istedadlara  təqaüdlərin təqdimatı olub

1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər…

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib

İyulun 21-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası…

Muxtar respublikada təbiətə qayğı göstərilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ekoloji problemlərin həllinə qayğı ilə…

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası  istifadəyə verilib

             …

Muxtar respublikada taxıl biçini mütəşəkkil aparılır

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Torpaqlarımız, hava, su, ərazimiz Azərbaycanda…

Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.


İCTİMAİ-SİYASİ



Sədərək döyüşlərinin “el qızı” oçerk

1988-ci ilin ortaları idi. Şərurun isti yay günləri bir-birini əvəzləyirdi. Qeybəliyevlərin ailəsində səhər süfrəsi ətrafında 6 övlad, Adil və Nəzifə xanım əyləşmişdilər. Az sonra Adil tapşırıq üzrə maşın təmiri üçün Bakıya yollanacaqdı. İki övladını da özü ilə aparacağına söz vermişdi. Nəzifə bu gün Adilin getməyinə razı deyildi. Eşitmişdi ki, yollar təhlükəlidir. “Bəlkə, başqa vaxt gedəsən, bu gün nəsə ürəyimə yaxşı şeylər gəlmir”,  – desə də, Adil onu toxtatmağa çalışırdı.

Nəzifə səhər yeməyindən sonra ailə üzvlərini bağrına basıb həsrət dolu baxışlarla onları yolun sonuna qədər gözləri ilə izlədi. “UAZ” markalı maşın gözdən itsə də, evə girməyə ona nələrsə maneə olurdu. Sanki əvvəlcədən pis xəbərlər alacağını hiss etmişdi. Ürəyinə qarışıq fikirlər gəlirdi. Qəribə hadisələr, səhnələr canlanırdı gözlərinin önündə. “Lənət şeytana”, – deyib, ağlına gələn pis fikirləri özündən uzaqlaşdırmağa çalışsa da, gözlərindən ixtiyarsız axan göz yaşlarına hakim ola bilmirdi. Başını ev işləri ilə qatmağa başladı. Çünki nə vaxt fikirli olsa, ev işləri görmək onu bir qədər fikirdən uzaqlaşdırırdı. Amma bir tərəfdən də gözü telefon aparatında qalmışdı. Sanki pis xəbər bu saat gələcəkdi. İki günü necə başa vurdu, özü də bilmədi.

Üçüncü günün axşamı idi. Günün bu vədəsinin ala-boz qaranlığı, ətrafın dözülməz sakitliyi onu lap həyəcanlandırırdı. Saatın əqrəbi 10-u göstərirdi. Qapı bərkdən döyüldü. Bu taqqıltı Adilin qapı döyməsinə oxşamırdı. O heç vaxt qapını belə möhkəm döyməzdi. Ona görə də yerində donub qalan Nəzifə qapıya getmək istəmirdi. Ancaq asta-asta yaxınlaşıb qapını açdı. Yoldaşının ağır yaralı vəziyyətdə gətirildiyini görəndə huşunu itirməkdən güclə saxladı. Ürəyinə gələn başına gəlmişdi. Sən demə, yolda mənfur düşmən erməni dəstələri maşına basqın edib Adili möhkəmcə döymüş, cibində olan-qalan pulunu da əlindən almışdılar... Qan içində olan Adilin gözləri Nəzifənin gözlərinin içinə zillənmişdi. Bu baxışlarda nələr yox idi? Uşaqlar sənə əmanət, onlara yaxşı bax! Sən onlara həm ana, həm də ata ol, Nəzifə. Qoru onları! Vətən təhlükədədir!
Böyrəyindən aldığı ağır yaralardan Adil çox yaşaya bilməzdi. Bunu tibb bacısı kimi Nəzifə çox yaxşı başa düşürdü. Özünə ümid verirdi ki, hər şey yaxşı olacaq, bir tərəfdən də həyat yoldaşının düşmən əliylə bu cür yaralanması onu çox sarsıdırdı... Uzun xəstəlikdən sonra Adil dünyasını dəyişdi.
Nəzifə yoldaşının son nəfəsində çəkdiyi əzabları göz önünə gətirir, ona verdiyi sözləri təkrarlayırdı: “Ömrümün sonuna, damarlarında axan son damla qanıma kimi mənfur ermənilərlə mübarizə aparacaq, Vətənim uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşəcək, yaralı Azərbaycan oğullarını döyüş meydanından xilas edəcək, düşməni yana-yana qoyacağam. Həm döyüşçü, həm də tibb bacısı kimi əlimdən gələni mərdcəsinə yerinə yetirəcəyəm. Nəzifə hər gecə yatanda bu sözləri kəlmeyi-şəhadətinə çevirmişdi. İçindəki Vətən sevgisi, mənfur düşməndən intiqam almaq hissi onu döyüşə, mübarizəyə səsləyirdi. Nəzifə üçün Vətən bütün məramlardan ülvi, bütün sevgilərdən ali idi.
Qarlı gecələrdən biri idi. Gözlərinə yuxu getmirdi. Uşaqlar çoxdan yatmışdılar. Bir anlıq yoldaşının ölümünü xatırlayıb Nəzifə son qərarını verdi. Bu qərar onu torpaq uğrunda gedən döyüşlərdə iştirak etməyə çağırırdı. Axı onun Vətənə borcu vardı, yoldaşına söz vermişdi. Onları tutmalı idi. Vətən onu çağırırdı. Hansı yolla olur-olsun getməli idi.
Səhərin açılmasını gözləməyə başladı. Cəmi 14 yaşı olan qızına hər şeyi izah edib, bacı-qardaşlarını ona tapşırıb, paltarlarını yol çantasına, tibbi ləvazimatlarını isə çantaya yerləşdirib evdən çıxdı. Birbaşa Sərhəd Dəstəsinə gəlib döyüşə getmək istədiyini bildirsə də, müsbət cavab ala bilmədi. Fikrində çox qərarlı olan Nəzifə döyüşə necə olur-olsun, getməli idi. Vətənə qarşı sevgisinin önündə heç nə dura bilməzdi. Çünki onun bir amalı vardı: həm döyüşəcək, həm də yaralılara tibb bacısı kimi kömək edəcəkdi. Vətənin dar günündə onların imdadına çatacaqdı. Yoldaşına tibbi yardımı vaxtında göstərə bilməsə də, indi neçə Vətən övladının həyatını xilas edib öz mənəvi borcunu, vətənpərvərlik missiyasını yerinə yetirəcəkdi. Nəzifə qonşuluqda yaşayan taksi sürücüsü Yusifə Sədərəyə getmək istədiyini söylədi. Yusif: “Ay qonşu, sənin nə işin var orada? Orada ki, qızğın müharibə gedir, yazığın gəlmir özünə? Balalarını anasız qoyma!” Nəzifə bu sözləri eşitmirdi, fikri döyüş yanında qalmışdı.

Sədərəyə çathaçatda müharibənin toz-dumanı, güllələrin ətrafı bürüyən səs-küyü buradakı vəziyyətdən xəbər verirdi. Maşının şüşələrini qaraldan tüstü yolda hərəkəti də çətinləşdirirdi. Sürücünün gözlərindəki həyəcan aşkar hiss olunurdu. Dili dolaşa-dolaşa Nəzifəni bu fikrindən nə qədər yayındırmağa çalışsa da, bacarmadı. Nəzifənin döyüşə getdiyi günün axşamı bərk qar yağırdı. Koroğlu bulağı tərəfdə qızğın atışma səsləri eşidilirdi. Güllələr yağış kimi səpələnirdi. Soyuğun adamı qılınc kimi kəsməsi, yağan qarın hərəkəti çətinləşdirməsi döyüşçülər üçün də çətinlik yaratmışdı. Nəzifə zamanında onların köməyinə gəlmişdi. O, bir ana qayğısı ilə onların yeməklərini vaxtında verir, silahların daşınmasına köməklik edir, paltarlarını nizamlayır, qarı əridib su halına gətirərək döyüşçülərin imdadına çatırdı. Nəzifə bu döyüşdə aldığı “el qızı” ləqəbi ilə müharibənin ilk qadın qəhrəmanlarından idi ki, qorxu nədir bilmirdi. O, güllə yağışı altında yaralılara vaxtında tibbi yardım göstərir, xəsarət almış oğullarımızı səngərə zamanında çatdırırdı. Şəhidlik zirvəsinə ucalanların son baxışlarını yaddaşına yazır, igid oğullarımızın döyüşlərini iftixarla izləyirdi.

Həmin gün çörək azalmışdı. Hər çətinlikdən çıxış yolu tapan Nəzifə butulka ilə xəmiri yayıb, ocaq qurub lavaş bişirirdi. Hər kəs “el qızı”nın bişirdiyi çörəyi səbirsizliklə gözləyirdi. Ardı-arası kəsilməyən top səsləri lap şiddətlənmişdi. Bunu eşidən Nəzifə əlindəki işini yarımçıq qoyub təlaşla səngərə tərəf qaçdı. Yerdə yaralı var idi. Güllələrin, açılan top atəşlərinin fərqinə varmayan tibb bacısı yerdə uzanmış cansız bədənə tərəf süründü. Əmisi oğlu Azər Seyidovun vurulmasına dözə bilməyib döyüşün düz ortasına atılan, güllə yağışına məhəl qoymadan düşmənləri məhv edən Məhərrəm Seyidov çox ağır yaralanmışdı. Nəzifə ilk tibbi yardım göstərərək onu Şərur rayon xəstəxanasına çatdırsa da, igid eloğlumuzu ölümün pəncəsindən xilas edə bilmədilər. “El qızı” səngərə yenicə çatıb elə yaralılara yardım edirdi ki, Məhərrəm Seyidovun qəhrəmancasına şəhid olması xəbəri gəldi. Ardınca neçə belə oğullarımız şəhidlik zirvəsinə ucaldılar. Abbasəli Nəzərəliyev də Nəzifənin yaralı kimi imdadına yetişdiyi, lakin şəhidlik zirvəsinə ucalanlar arasında vardı. Ürəyindən bir güllə yarası alan Abbasəlinin son sözü “Ay ana” kəlməsi, olmuşdu. Həmin ərəfədə Nəzifənin özü 8 yerdən güllə yarası almasına baxmayaraq, gözünün önündə şəhidlik zirvəsinə ucalanların mərdliyi ona öz yaralarını, ağrılarını unutdurmuşdu...
Hələ 1992-ci ildə ümummilli lider Heydər Əliyev döyüş bölgələrində olduğu zaman Nəzifənin igidliyindən danışaraq, onun bu qəhrəmanlığını yüksək qiymətləndirmişdi. 2006-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərinin Əliabad qəsəbəsində müharibə veteranları üçün inşa olunmuş binadakı mənzillərdən birini ona vermiş, daha sonra bu igid “el qızı”na “OKA” markalı maşın da təqdim olunmuşdu. İndi həmin mənzilin pəncərəsindən hər gün Dövlət Bayrağı Meydanında dalğalanan üçrəngli müqəddəs bayrağımıza baxır, 2016-cı ildə şəhidlik zirvəsinə ucalan və yaxınlıqdakı qəbiristanlıqda dəfn olunan Qabil Orucəliyevin qəbrini “seyr edir”. Yaycı, Günnüt, Koroğlu bulağı, Əjdərkanın müdafiəsində yaxından iştirak edən, qırmızılar dəstəsinin qəhrəman üzvü, Sədərəyin müdafiəsində misilsiz xidmətləri ilə döyüş iştirakçılarının, şahidlərin qəlbində ucalmış “el qızı” bu gün o hadisələri tez-tez xatırlayır, döyüş səhnələrini gözləri önünə gətirir. Sərhəd bölgələrimizin qüdrətli ordumuz tərfindən müdafiəsi nəticəsində əmin-amanlığın həmişəlik bərqərar olmasından fəxarətlə söhbət açır. İnanır ki, bu gün ona hərtərəfli qayğı göstərən, güclü hərbi strategiyaya malik dövlətimiz işğal altında olan torpaqlarımızı geri alacaq, ərazi bütövlüyümüz təmin olunacaq... Çünki Vətən sevgidir. Müqəddəslik andıdır.

Türkan HÜSEYNLİ

  • 000.jpg
  • 00000.jpg.jpg
  • 000000000000.jpg.jpg
  • 1-2015.jpg
  • 1-20155.jpg
  • 01.jpg
  • 1.jpg
  • 2.jpg
  • 02.jpg
  • 3 li mekteb.jpg
  • 3-2015.jpg
  • 03.jpg
  • 3.jpg
  • 03_PREZIDENT-NAXCIVAN-SEFER-MUSIQI-MAKTABI-ACHILISH.jpg
  • 4-2015.jpg
  • 4.jpg
  • 5-2015.jpg
  • 5.jpg
  • 05.jpg
  • 6-2015.jpg

HƏFTƏLİK NÖMRƏLƏR

Prev Next

Polkovnik Vaqif Dərgahlı: Ermənistanın h…

28-09-2020-14-43 İCTİMAİ-SİYASİ

Polkovnik Vaqif Dərgahlı: Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib

Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın h...

Hərbi vəzifəlilər zənglər və SMS-lər ald…

28-09-2020-14-05 İCTİMAİ-SİYASİ

Hərbi vəzifəlilər zənglər və SMS-lər aldıqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə gəlməlidirlər

  Məlum olduğu kimi, sentyabrın 28-də Azərbaycan Respublika...

Düşmənin Tərtər Rayon Məhkəməsinin yerlə…

28-09-2020-13-49 İCTİMAİ-SİYASİ

Düşmənin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rə...

Müdafiə Nazirliyi: Bir az əvvəl düşmənin…

28-09-2020-13-21 İCTİMAİ-SİYASİ

Müdafiə Nazirliyi: Bir az əvvəl düşmənin daha iki tankı məhv edilib

Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməs...

Vaqif Dərgahlı: Düşmənin itkiləri arasın…

28-09-2020-12-37 İCTİMAİ-SİYASİ

Vaqif Dərgahlı: Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdlular da var

Əldə olunan kəşfiyyat məlumatına əsasən, düşmənin itkiləri...

Hikmət Hacıyev: Bu, böyük Vətən müharibə…

28-09-2020-12-36 İCTİMAİ-SİYASİ

Hikmət Hacıyev: Bu, böyük Vətən müharibəsidir

Azərbaycan Respublikasına qarşı müharibə aparılır. Azərbay...

"Azərbaycan Hava Yolları"nın B…

28-09-2020-11-56 İCTİMAİ-SİYASİ

"Azərbaycan Hava Yolları"nın Bakı-Naxçıvan-Bakı istiqamətində sentyabrın 30-dək nəzərdə tutulan bütün reysləri dayandırılıb

Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə ə...

Prezidentin köməkçisi: Ermənistan çətin …

28-09-2020-11-42 İCTİMAİ-SİYASİ

Prezidentin köməkçisi: Ermənistan çətin vəziyyətə düşdükdə mülki əhalini hədəfə alır

Dünən səhər saat 06:00 radələrində Ermənistan silahlı bölm...

Baş Prokurorluq: Hazırkı vaxtadək mülki …

28-09-2020-11-38 İCTİMAİ-SİYASİ

Baş Prokurorluq: Hazırkı vaxtadək mülki əhalidən 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Ko...

Növbəti yazımız Qarabağın azad olması üm…

28-09-2020-11-16 İCTİMAİ-SİYASİ

Növbəti yazımız Qarabağın azad olması ümidilə...

Münasibət İllərdir, başqa güclərin hesabına yaradılan Erm...

Bölmələrimiz torpaqlarımızın azad edilmə…

28-09-2020-11-02 İCTİMAİ-SİYASİ

Bölmələrimiz torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatı keçirir

Bölmələrimizin düşmənin məhv edilməsi və torpaqlarımızın i...

Talış kəndi ətrafındakı əlverişli yüksək…

28-09-2020-09-43 İCTİMAİ-SİYASİ

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib

Düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib Ermənistan...

MN: Düşmənə sonuncu dəfə xəbərdarlıq edi…

28-09-2020-09-18 İCTİMAİ-SİYASİ

MN: Düşmənə sonuncu dəfə xəbərdarlıq edilir

Sentyabrın 28-i səhər saatlarından başlayaraq Ermənistan s...

MN daha bir video yaydı: 2 düşmən tankı …

28-09-2020-09-17 İCTİMAİ-SİYASİ

MN daha bir video yaydı: 2 düşmən tankı məhv edilib (VİDEO)

Düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məq...

Bölmələrimiz düşmən texnikasını məhv etm…

28-09-2020-09-14 İCTİMAİ-SİYASİ

Bölmələrimiz düşmən texnikasını məhv etməyə davam edir (VIDEO)

Azərbaycan Ordusunun bölmələri düşmənin döyüş texnikasını ...

Müdafiə Nazirliyi: Ermənistan ordusuna m…

27-09-2020-23-06 İCTİMAİ-SİYASİ

Müdafiə Nazirliyi: Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib (VİDEO)

Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib...

“Qalatasaray” ilə “Fənərbağça” komandala…

27-09-2020-23-01 İDMAN

“Qalatasaray” ilə “Fənərbağça” komandaları arasında oynanılan İstanbul derbisində hesab açılmayıb

Sentyabrın 27-də futbol üzrə Türkiyə çempionatının üçüncü ...

Mövlud Çavuşoğlu: Meydanda və masa arxas…

27-09-2020-20-29 İCTİMAİ-SİYASİ

Mövlud Çavuşoğlu: Meydanda və masa arxasında Can Azərbaycanla birlikdəyik

Ermənistan yenə də həddini aşıb. Bu dəfə cavabını meydanda...

Tanınmış erməni saytı çökdürüldü - …

27-09-2020-19-47 İCTİMAİ-SİYASİ

Tanınmış erməni saytı çökdürüldü - "Ilham Aliyev: "Karabakh is Azerbaijan!" qeydləri yerləşdirildi

Azərbaycan hakerləri Ermənistanın tanınmış saytını çökdürü...

Hikmət Hacıyev: Murov dağı silsiləsindək…

27-09-2020-19-09 İCTİMAİ-SİYASİ

Hikmət Hacıyev: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunuması Azərbaycan Ordusuna böyük strateji üstünlük verir

Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi h...

Prev Next

Armenian militants brought to Karabakh f…

25-09-2020-12-39 News

Armenian militants brought to Karabakh from Syria

A battalion of Armenian fighters from the YPG / PYD terrorist organi...

Azerbaijani and Turkish air forces hold …

16-09-2020-12-00 News

Azerbaijani and Turkish air forces hold joint flights over Nakhchivan  (2)

 On September 15,joint flights of Azerbaijani and Turkish Air Forces...

In Nakhchivan Knowledge Day celebrated w…

16-09-2020-11-40 News

In Nakhchivan Knowledge Day celebrated with the opening of a new school building

The rapid socio-economic development strategy defined by our nationa...

Meeting held in Nakhchivan with high-sco…

13-09-2020-15-05 News

Meeting held in Nakhchivan with high-scoring graduates

NAKHCHIVANTODAY.COM reports that on September 12, a meeting was held...

Certificates presented to teachers who p…

12-09-2020-15-11 News

Certificates presented to teachers who passed the certification exams successfully in Nakhchivan

Chess Center on 11th of September, Chairman of the Chess Federation ...

Determination and perseverance based on …

11-09-2020-12-00 News

Determination and perseverance based on wise ideas, unshakable political will, the value given to the human factor creates great confidence in a more prosperous future

The general picture of last month confirms this. The everlasting wi...

Meeting in the Supreme Assembly of the N…

06-09-2020-14-46 News

Meeting in the Supreme Assembly of the Nakhchivan Autonomous Republic

A delegation led by the  3rd Commander of the Army of the Republic o...

“Nakhichevan” decorated with “Genocide t…

06-02-2020-11-51 News

“Nakhichevan” decorated with “Genocide tales”, pomegranate, apricot, grapes fights, salvation army 416

(Previous in the 16th January dated newspaper) … Armenians’ claims ...

“Melted down” Nakhichevan in Don or wher…

06-02-2020-11-44 News

“Melted down” Nakhichevan in Don or where from starting of Armenians’ Nakhichevan “love”?

13 years ago, in December 2007, there were published news in Mass Me...

President Ilham Aliyev received Chairman…

20-11-2019-22-02 News

President Ilham Aliyev received Chairman of Supreme Assembly of Nakhchivan Autonomous Republic Vasif Talibov

President of the Republic of Azerbaijan Ilham Aliyev has received Ch...

This chess festival was unforgettable fo…

15-05-2019-19-34 News

This chess festival was unforgettable for me

Winner of International Chess Festival "Nakhchivan-2019" interview wit...

The International Chess Festival "N…

15-05-2019-19-27 News

The International Chess Festival "Nakhchivan-2019" has finished

The Nakhchivan-2019 International Chess Festival, dedicated to the 96t...

This festival has a special place in the…

09-05-2019-18-42 News

This festival has a special place in the calendar

The tense and stubborn struggle of the intellectuals participating in ...

The 8th round of the International Chess…

09-05-2019-18-33 News

The 8th round of the International Chess Festival was over

The 8th round of the International Chess Festival "Nakhchivan-2019" de...

Blitz Tournament

08-05-2019-08-01 News

Blitz Tournament

The Blitz Tournament was also held among the participants of the ongoi...

Chess players competed for the futsal ch…

07-05-2019-20-19 News

Chess players competed for the futsal championship

Chess players have a good break in the International Chess Festival. ...

Nakhchivan introduced himself as a chess…

04-05-2019-09-02 News

Nakhchivan introduced himself as a chess land in the world arena

As is known, the International Chess Festival "Nakhchivan-2019", dedic...

The first round of the festival has come…

02-05-2019-20-20 News

The first round of the festival has come to an end

The first round of the Nakhchivan-2019 International Chess Festival, d...

The International Chess Festival has sta…

02-05-2019-16-20 News

The International Chess Festival has started

By the symbolic move of the Minister of Youth and Sports of the Repu...

The opening ceremony of the Internationa…

02-05-2019-16-03 News

The opening ceremony of the International Chess Festival "Nakhchivan-2019" was held

The Nakhchivan State Musical Drama Theater hosted the Nakhchivan-2019 ...

Prev Next

Проект "Север-Юг" сделал Азерб…

04-03-2020-21-55 Новости

Проект "Север-Юг" сделал Азербайджан ключевым экономическим партнером и для Европы, и для Азии

Международный транспортный коридор Север-Юг - это транспортная артер...

Президент Ильхам Алиев принял председате…

20-11-2019-22-05 Новости

Президент Ильхам Алиев принял председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики Васифа Талыбова

Президент Азербайджанской Республики Ильхам Алиев принял председател...

Этот шахматный фестиваль был незабываемы…

15-05-2019-19-33 Новости

Этот шахматный фестиваль был незабываемым для меня

Победитель Международного шахматного фестиваля "Нахчыван-2019" интервь...

Международный шахматный фестиваль "…

15-05-2019-19-29 Новости

Международный шахматный фестиваль "Нахчыван-2019" завершился

Завершился международный шахматный фестиваль «Нахчыван-2019», посвящен...

Вице-президент Международной шахматной ф…

14-05-2019-11-36 Новости

Вице-президент Международной шахматной федерации: шахматные школы в Нахчыване могут стать примером для всего мира

Международный шахматный фестиваль «Нахчыван - 2019» - турнир очень выс...

Президент Шахматной федерации Азербайджа…

14-05-2019-11-35 Новости

Президент Шахматной федерации Азербайджана: “Нахчыван - 2019” проявляет большой интерес к Международному шахматному фестивалю

Большой интерес вызывает традиционный Международный шахматный фестивал...

Этот фестиваль занимает особое место в к…

09-05-2019-18-49 Новости

Этот фестиваль занимает особое место в календаре

Продолжается напряженное и упорное соревнование интеллектуалов, участв...

8-й тур Международного шахматного фестив…

09-05-2019-18-16 Новости

8-й тур Международного шахматного фестиваля был завершен

В Шахматном центре в городе Нахчывань завершился восьмой тур Междунаро...

Фестиваль проходит на высоком уровне

08-05-2019-21-21 Новости

6-ой тур Международного шахматного фестивалья Нахчыван-2019, посвященн...

Блиц Турнир

08-05-2019-08-01 Новости

Блиц Турнир

Также проводился Блиц Турнир среди участников проходящего Международно...

Нахчыван представился шахматной ареной н…

04-05-2019-09-42 Новости

Нахчыван представился шахматной ареной на мировой арене

Международный шахматный фестиваль «Нахчыван-2019», посвященный 96-лети...

Первый тур фестиваля подошел к концу

02-05-2019-20-23 Новости

Первый тур фестиваля подошел к концу

Первый тур Международного шахматного фестиваля «Нахчыван-2019», посвящ...

Состоялась церемония открытия Международ…

02-05-2019-15-58 Новости

Состоялась церемония открытия Международного Шахматного Фестиваля "Нахчыван-2019"

1 мая в Нахчыванском Государственном Музыкально-раматическом театре со...

Стартовал международный шахматный фестив…

02-05-2019-14-39 Новости

Стартовал международный шахматный фестиваль

Международный шахматный фестиваль "Нахчыван-2019" начался с символич...

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR