Xalqımızın milli kimliyindən soraq verən canlı tarixi eksponatın- Kültəpənin sehrindəyik. Bu gün həm də müasir görkəmi, bənzərsiz bahar mənzərələri ilə gözoxşayır, könül açır bu qədim kənd. Yazın təravətli nəfəsi ilə şuxlanan yaşayış məntəqəsini qısa ekskursiya edirik. Bar verən bağçaların, bağların, bağrında cürbəcür nemətlərin boy göstərdiyi əraz..
Çıxıram seyrinə tarixi, kökü minilliklərin bağrını dələn, namərdə boyun əyməyib mərdə könlünü verən, köksündə güllər, çiçəklər bitirən, yaşı ötdükcə gəncləşən, gözəlləşən şəhərimin. Hər qarışına toxunduqca bir əlinə silah alıb düşməninə meydan oxuyan, digəriylə Vətən torpağını bar-bərəkətə, naz-nemətə çevirən ulu babamın məğrur ayaq səslərini, gecə..
Müzəffər ordumuzun Böyük Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin müdafiə potensialının gücləndirilməsi, hərbi qüdrətinin artırılması istiqamətində işlər yeni mərhələyə qədəm qoyub. Bu xüsusda diqqətçəkən məqamlardan mühümü məhz müharibənin, döyüş təcrübəsinin, eyni zamanda qardaş Türkiyənin hərbi sisteminin əsas götür..
Naxçıvan uzunmüddətli blokadada yaşadığı üçün, demək olar ki, mərkəzdən aralı düşüb. Bu gün mədəniyyət, musiqi sahəsindəki məsələləri çözmək üçün Milli Konservatoriya olaraq buradayıq. Naxçıvanda kifayət qədər istedadlı insanlar var. Məqsədimiz həmin insanları cəmiyyətə, bütün ölkəyə təqdim etmək, tanıtmaqdır. Bunun üçün bütün imkanlarımızdan istif..
“Bir insan erməni ola bilər, ancaq bir erməni insan ola bilməz...” Tarixin ağ-qara səhifələrini vərəqlədikcə tez-tez xatırladığımız alman filosofu, siyasi nəzəriyyəçi, jurnalist Karl Henrix Marksın bu sözlərinə haqq qazandırmaya bilmirik. Bu bədnam toplumun Azərbaycan xalqına qarşı əsrlər boyu davam edən əsassız ərazi iddiaları, təcavüz və soyqırım..
Xəyalımın keçmişə açılan, “uşaqlıq çağları” adlandırdığım pəncərəsindən günün hər saatında, hər anında duyuram bu səsləri. Yaş ötdükcə, həyatın çətinlikləri ilə qarşılaşdıqca o günlərin əlçatmazlığını dərindən dərk etsəm də, qəlbim bu acı həqiqətlə barışmaq istəmir. Hər ötən gün daha da ürəkdən arzulayıram o dövrə qayıtmağı, yaşananları yenidən yaş..
Hər qarışı şəhərimizin qədim, zəngin qəhrəmanlıq tarixindən danışan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi bu gün baharın gəlişi müjdəsiylə öz qapılarını tağbatağ açıb qonaqlarının üzünə. Səhərin erkən saatlarından böyükdən-kiçiyə hər kəs bayramı qeyd etmək üçün yolunu bu ünvandan salır. Elə qədim qala qapılarının önündəcə yazın təravətli n..
Orqanik gübrələrdən istifadə Naxçıvan üçün yenilikdir. Biz çalışırıq ki, təşviq daha da çoxalsın. Kəndlilər, istehsalçılar tərəfindən orqanik gübrədən istifadəyə maraq yönəldilsin. Bunun bir neçə səbəbi vardır. Bildiyimiz kimi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda orqanik kənd ..
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Nümayəndəliyi Azərbaycan hökuməti ilə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir. Bu təşkilat 1990-cı illərdən Azərbaycanda fəaliyyətə başlayıb. Ötən ildən etibarən isə nümayəndəlik ilk BMT qurumu kimi Naxçıvanda öz ofisini açıb. Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində BMT-n..
Məşhur bir aforizmdə deyilir ki, tarixə düşmək özü də uğur hesab edilir, amma ən böyük uğur tarixin qatarında bu günə gəlib-çatmaq və gələcəyə getməkdir. Bu baxımdan bir əsrlik inkişaf salnaməsi yazan Naxçıvan Muxtar Respublikasında həm “yaşı”, həm də özünəməxsus təhsil ənənələri ilə seçilən Şahbuzkənd tam orta məktəbi də tarixin keşməkeşli yollar..